Vanqanın Ukrayna haqda dedikləri öz təsdiqini tapdı
Bizi izləyin

Bilgi.az

Vanqanın Ukrayna haqda dedikləri öz təsdiqini tapdı

Vanqanın Ukrayna haqda dedikləri öz həqiqiliyini tapdı

1979-cu ildə Vanqa deyirdi: “Rusiya indi Sovetlər İttifaqı adlanır. Lakin vaxt gələcək Rusiya müqəddəs Sergeyin vaxtındakı kimi adlanacaq. Və hamı onun mənəvi hökmranlığını qəbul edəcək”.

Bolqarıstanın Elmlər Akademiyasının professoru bir neçə il müddətində Vanqanın müsahibələrini toplayaraq qeyd edib: “Vanqa Amerika Birləşmiş Ştatların 44-cu prezidentinin qaradərili olacağını söyləyib. Amerikan xalqı 2009-cu ildə prezident seçkilərində Barak Obamanı seçdikdə onun öncəgörməsi bir daha öz təsdiqini tapdı”.

Dünya iqtisadiyyatı haqqında isə nənə Vanqa deyib: “Bir çox insanlar əzab çəkəcək. Bədbəxtçilik bütün xalqlara toxunacaq. İnsanlar ayaqqabısız və paltarsız gəzəcək, qidasız, istiliksiz, işıqsız yaşayacaqlar”.

Vanqanın söylədikləri artıq öz gerçəkliyini tapır. Onun dedikləri dərhal anlaşılmasa da mənası bir neçə ildən sonra aydınlaşır.

Səsi stenoqrafa yazılmış Vanqa belə bir ifadə səsləndirib: “Siz daha çox gözləri olan, lakin görə bilməyən, qulaqları olan, lakin eşidə bilməyən insanlara rast gələcəksiz. Qardaş qardaşa qarşı qalxacaq, analar öz övladlarını atacaq. Hər kəs özünün xilas olması üçün vuruşacaq”.

İndi Vanqanın dedikləri haqqında heç bir şübhə yeri qalmadı: onun peyğəmbərliyi Ukraynada qızğın vəziyyəti təsvir edirmiş. Görməyən gözlər və eşitməyən qulaqlar isə Qərbin Ukrayna hadisələrinə olan münasibətini əks etdirir: görmək istədiklərini görürlər və yalnız özlərini eşidirlər.

Vanqa 1996-cı ildə ölməmişdən qabaq ev işlərində ona kömək edən qadına öncə görmələrini qeyd etməyi tapşırıb. Gələcəkdən xəbər verən Vanqanın bu sözləri qeyd olunub: “Nə birləşmişdisə, vaxtı gələndə hissələrə parçalanacaq. Onlar Rusiyanın yanında olacaqlar”. 4 il bundan qabaq bu sözlərin Avropa İttifaqına aid olduğu düşünülürdü. Lakin göründüyü kimi bu peyğəmbərlik Ukrayna hadisələrinə şamil edilibmiş. Ukraynanın parçalanması gözlər önündədir.

1979-cu ildə Vanqanın səsini yazan stenoqrafda belə bir cümlələr var: “Hər şey sanki buz kimi əriyir, onlardan yalnız biri - Vladimir və Rusiyanın şərəfi toxunulmaz qalacaq. Çox adam qurban olacaq. Heç kim Rusiyanın qarşısını ala bilməyəcək. Onun yolundan hər şey süpürüləcək və o, dünyanın hakimi olacaq”.

Vladimirin kim olmasını uzun müddətdir düşünürdülər. Burada Lenini, knyaz Vladimir Svyatoslaviçi, hətta Jirinovskini düşünənlər vardı. İndi isə Vladimir deyərkən Vanqanın kimi nəzərdə tutduğu məlumdur. Bundan əlavə, Vanqa bütün slavyan xalqlarının birləşəcəyini də söyləyib. Yeri gəlmişkən qeyd edək ki, öncə görən bir gün insanlarda qırmızı əsginasların olacağını dedi. “5 rəqəmi və sıfırlar görürəm” deyən Vanqa əslində rus rublunu təsvir edirdi. Görünür, bütün slavyanlarda pul vahidi rus rublu olacaqdır.

Ən vacib sual isə üçüncü dünya müharibəsinin olub olmayacağı idi. Vanqa bu suala cavab olaraq belə bir müharibənin olmayacağını deyib.

Ən qəribə isə Vanqanın Amerika haqda dediyi şərh olub: ABŞ-ın qaradərili prezidenti Amerika üçün sonuncu prezident olacaq. Səbəb isə ya Amerikanın donuqluğa düçar olması, ya iqtisadi böhran nəticəsində “sınması” və ya da cənub və şimal ştatlara parçalanması olacaq. Bu peyğəmbərliyə inanmaq çətindir, lakin Vanqanın Ukrayna haqda dedikləri artıq öz reallığını tapır.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm