360 sərnişinin həyatını xilas edib 23 yaşında ölən - stüardessa
Bizi izləyin

Bilgi.az

360 sərnişinin həyatını xilas edib 23 yaşında ölən - stüardessa

Hind qızı Nirya Bqanot "Pan American" aviaşirkətində stüardessa işləyirdi. O, "PAN AM 73" təyyarəsindəki 360 sərnişinin həyatını xilas edərək 23 yaşında həlak olub.

news-detail

Radikal müsəlmanlar qrupu Pakistanın Karaçi şəhərində təyyarəni ələ keçirib. Nirya anında pilotlara məlumat verib. Onun cəldliyi sayəsində hər kəs qəzalı "lyuk" vasitəsilə qaça bilib.

Terrorçular onlardan hər kəsin pasportunu tələb etmişdi. Üstəgəl, təyyarədəki bütün amerikalıları öldürəcəklərini demişdilər. Nirya bu vaxt amerikalıların pasportlarını oturacaqların altında və zibil borusunda gizlədib. Nəticədə, terrorçular heç kimi öldürə bilməyiblər. Gözəyarı da kiminsə şəxsiyyətini müəyyən etmək çətin idi.

news-detail

Pakistan polisi təyyarəyə hücum etməyə başlayanda terrorçular güllələr atmağa və qumbaraları partlatmağa başlayıblar. Nirya demək olar ki, həç bir kömək olmadan bütün sərnişinləri təxliyyə edib.

news-detail

Son sərnişinlərin arasında o, üç uşağın oturacaqların arxasında gizləndiyini görüb. Terrorçular uşaqları görən kimi onlara atəş açmağa başlayıblar. Nirya isə öz bədəni ilə onları qoruyaraq sinəsini sipər edib. Ölümcül yaralanmasına baxmayaraq, uşaqları xilas edib, sonra isə əbədiyyən gözlərini yumub.

news-detail

Nirya Bqanot "Aşok Çakra" ordeniylə mükafatlandırılmış ən gənc insandır. Bu, Hindistanda qoçaqlığa görə verilən ən yüksək mükafatdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm