İQ nədir və necə hesablanır?
Bizi izləyin

Bilgi.az

İQ nədir və necə hesablanır?

Azərbaycanda IQ testləri demək olar ki, istifadə olunmur. Amma bu termin insanlar arasında böyük şöhrət qazanıb.

Publika.az xəbər verir ki, intellekt əmsalı (ingiliscə intelligence quotient -IQ "ay-kyü") insanın malik olduğu intellekt qabiliyyətinin kəmiyyət göstəricisidir. Verilmiş şəxs eyni zamanda cəmiyyətdə orta statistik insanın malik olduğu intellektə nisbətən müqayisə olunur. Bunun üçün xüsusi testlər mövcuddur. IQ testləri bilik səviyyəsini yox, düşünmə qabiliyyətini aşkar etməyə xidmət edir. İntellekt əmsalı ümumi intellekt faktorunun qiymətləndirilməsi üçün tətbiq edilir.

İQ testləri elə tərtib edilir ki, nəticəni mərkəzi 100%-ə bərabər İQ qiyməti olan normal səpələnmə kimi təsvir etmək mümkün olsun. Belə ki, insanların 50%-i 90-110 arasında, 25%-i isə 110-dan artıq qiymətə malik olsunlar. Amerika ali məktəbinin məzununun İQ qiyməti 115, əlaçılarınkı isə 135-140 təşkil edir. İQ qiyməti 70-dən kiçik olan şəxslər əqli cəhətdən geri qalmış hesab olunur.

İQ-nün yaranma tarixi

"İntellekt əmsalı" anlayışı elmə 1912-ci ildə alman psixoloqu Villyam Ştern tərəfindən daxil edilib. 1904-cü ildə Alfred Binet tərəfindən işlənmiş intellekt testlərinin aparılmasında yoxlama suallarının sayı uşağın yaşına uyğunlaşdırılır. Binet məktəb uşaqlarında sinifləşdirmə testləri apararaq bu nəticəyə gəlir ki, bir uşağa verilmiş qiymət "intellekt" kimi qəbul edilə bilməz, çünki, o bir ədədlə təyin olunmur. O, bu mövzu haqqında deyir: "Şkala, düzünü desək, intellekt üçün ölçü deyil. Çünki intellekt keyfiyyətləri cəmlənmir və bununla xətti səth kimi ölçülə bilməz". İlk vaxtlarda məktəbə gedən uşaqlar üçün yaradılmış İQ hesablanması sonralar David Veksler tərəfindən inkişafla əlaqəli olan böyütmə əmsalı (100) ilə böyüklərə də tətbiq edilir.

Hesabatın aparılması

İntellektin araşdırılmasının əvvəlində Villyam Ştern və Alfred Binet intellektin yaşına əsaslanan üsuldan istifadə edir. Bu anlayış aparılmış testin nəticələrini verilmiş yaş həddinə uyğun olan orta test nəticəsinə nisbətini təsvir edirdi:

IQ = (İntellekt yaşı/Həqiqi yaş)× 100

Məsələn, anadan olandan 20 yaş olan şəxsin əqli 22 yaşa uyğun gələrsə, onda onun üçün İQ = 22 / 20 × 100 = 110.

İQ testləri üçün dövlətlərdən asılı olaraq müxtəlif şkalalar tətbiq edilir. İngilis dilli dövlətlərdə tətbiq olunan testlərdə təsadüfi kəmiyyətlərin dispersiyası 16-24 xal arasında dəyişir. Ümumilikdə isə demək olar ki, orta qiymətdən meyillənmə üçün 15 xal geniş tətbiq edilir.

Veksler şkalasına görə əhalinin 68%-i üçün intellekt əmsalı 100 orta qiymət üçün 85-115 arasında yerləşir. Ölçü qiyməti 100-dən uzaqlaşdıqca onda ölçü xətaları böyüyür. Ona görə də, ən böyük və ya kiçik İQ qiyməti statistik baxımdan o qədər də etibarlı sayılmır və ehtiyatla işlədilirlər. Fitri istedada malik olan şəxslərin intellektini qiymətləndirmək üçün meyillənmə xətasının ikiqat qiymətindən o tərəfə dəqiq danışmaq olur, yəni İQ-su 130-dan çox olan şəxslər haqqında bu fikri söyləmək olar. Ancaq bu xüsusi testlərin köməyi ilə daha da dəqiqləşdirilir. Aşağı (IQ 85–70), orta (IQ 49–35), nisbətən zəif (IQ 34–20) və ən zəif intellektə malik olanlar (IQ-20) fərqləndirilir.

Test suallarını cavablandırmaq üçün adətən müəyyən vaxt qoyulur. IQ testlərinin aparılması zamanı müxtəlif mədəniyyətlərin spesifik xüsusiyyətləri onun nəticələrinə ciddi təsir göstərir. Məsələn, bir mədəniyyət üçün vacib olan amil başqa mədəniyyət üçün əhəmiyyətsiz görünə bilər. Bu baxımdan İQ testlərin nəticələrinin mədəniyyətlər arasında müqayisəsi artıq mümkün olmur.

Bu hətta sosial təbəqələr arasında da öz rolunu göstərir. Küçədə yaşayan bir "avara"nın verdiyi testin nəticələri çox vaxt onların həqiqi intellektlərinin səviyyəsini göstərmir. Çünki, onlar suallara cavab verərkən bəzən bilərəkdən sualları düzgün cavablandırmırlar. Əlbəttə insanın test zamanı malik olduğu əhval-ruhiyyəsi və fiziki durumu da nəticələrə ciddi təsir göstərir. Tapşırıqların həlli zamanı konsentrasiya qabiliyyəti əsasdır. Dağınıq fikrə malik olma çox müxtəlif səbəblərlə əlaqəli ola bilər. Pis yatmaq və yaxud gərginlik testin nəticələrini pisləşdirir. İmtahan qorxusu olan şəxslərdə ümumiyyətlə İQ testlərinin aparılması zamanı problemlər yaranır.

Распределение IQ среди населения (по вертикальной оси - % населения обладающий iq, указанным по гор. оси

İntellektə görə sinifləşdirmənin tənqidi

İntellekt anlayışı psixologiyanın müxtəlif sahələrində tətbiq olunduğundan müxtəlif peşə sahələrindən tənqidə məruz qalıb. İlk dəfə olarq Teodor Adorno 1946-cı ildə İQ anlayışını kəskin tənqid edib.

Çox vaxt intellektin bir sıra koqnitiv qabiliyyətlərdən yaranmasına görə, aşağı təbəqəyə aid olanların İQ testlərdən pis qiymət alması və bununla onlara psixoloji zərər vurulması tənqid edilir. Aşağı sosial təbəqədən olan şəxslər və onların uşaqları aparılan tədqiqatlara görə, yuxarı təbəqədə duranlar nisbətən zəif intellektə malik olur.

Başqa tənqidçilər İQ testlərini ümumiyyətlə insan intellektinin ölçülməsində tətbiqini düzgün olmamasını təkid edirlər. Fransız sosioloqu Pyer Burdye intellekt anlayışını tənqid edir. O intellekt problemin bioloji əsasını araşdırmamağı, əksinə belə bir sosial problemin sosial şərtlərini və bununla "intellekt rasiszmini" və ya "siniflər rasizmini" tədqiq etməyi məsləhət görür.

Başqa psixoloqlar Hans Yurqen Eystenk və Artur Yensen intellektin nəsildən-nəsilə keçməsini söyləyib. Onlar da istedad testlərinin aparılmasının fəhlə sinfinin uşaqlarına qarşı ədalətsiz olduğunu düşünür. Onların fikrincə, istedad testi bir şəxsin bütün qabiliyyətlərini yox, gendən asılı olan qabiliyyətləri oratya çıxarmaqla məşğul olur. Adətən testlərin aparılmasında orta təbəqənin malik oduqları qabiliyyətləri yoxlamağa cəhd edilir. Burada fəhlə uşaqlarının qabiliyyətlərini əks etdirən amillər nəzərə alınmır.

Eystenk və Yensen həm də göstərirlər ki, bu fərq özünü assosiativ qabiliyyətlərdə yox, yalnız koqnitiv qabiliyyətlərdə özünü göstərir. Yensen aşağı təbəqəyə aid olan zəif intellektə malik uşaqlar haqqında yazır: "Bu uşaqların çoxunda onların İQ göstəricisindən fərqli olaraq daha ayıq olmaları nəzərə çarpır. Yeni sinifə gələn uşaq, məsələn, bir neçə günə 20-30 uşağın adını əzbər öyrənir, məkəb qaydalarına tezliklə yiyələnir, məktəb həyətindəki müxtəlif oyunları mənimsəyir və nəticədə əldə etdiyi nəticə onun İQ -sunun 60 olduğunun yalanını çıxarır. Bütün bunlar göstərir ki, aşağı təbəqədən çıxmış uşaqlara qarşı aparılan testlər ədalətsiz olurlar, çünki onların orta təbəqədən gələn uşaq yoldaşları il boyu cəmi iki-üç uşağın adını yadlarında saxlaya bilir".

Burada onu da qeyd etmək lazımdır ki, Avropada, əsasən isə Almaniyada qabiliyyət sınaqları çox geniş tətbiq olunur. Bu üsul kiçik yaşlı uşaqların və məktəblilərin seçilməsində istifadə edilir və nəticədə uşaqlar müxtəlif səviyyəli məktəblərə (məsələn, Almaniyada 3 növ, müxtəlif səviyyəli orta məktəb fəaliyyət göstərir) göndərilir. Aşağı səviyyəli məktəbi qurtaran gəncin cəmiyyətdə yaxşı yer tutması şansı çox aşağıdır. Ali təhsil almaq üçün mütləq gimnaziyanı bitirmək lazımdır. Ona görə də, uşaqların kiçik yaşlarında belə testlərlə seçilməsi və onlara inkişaf etmək şansının verilməməsi bir çox psixoloqların tənqid və araşdırma mövzusuna çevrilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm