Bilgi.az
Gəlini toyda atasının ürəyi apardı - VİDEO/FOTO
"Gəlini toyda atasının ürəyi apardı". ABŞ-ın və dünyanın ən nüfuzlu qəzetlərindən biri The New York Times-ın xəbəri məhz bu sözlərlə başlanır.
Milli.Az bildirir ki, ABŞ-ın Pittsburq şəhərində yaşayan Ceni Stepeinin toyunda onu kilsədəki mehraba tərəf Artur Tomas aparıb.
Artur Tomasın köksündə Ceninin atası Maykl Stepienin ürəyi döyünür.
2006-cı ildə 53 yaşlı Maykl Stepien çalışdığı restorandan evə qayıdanda 16 yaşlı quldurun hücumuna məruz qalmışdı. Quldur tapançasını çıxarıb Mayklın üzünə atəş açmışdı. Stepien kritik vaziyyətdə hospitala aparılmışdı.
Onun ölümün əlindən alına bilməyəcəyi bəlli olanda Mayklın ailə üzvləri onun ürəyini donor proqramına vermək qərarına gəlmişdilər.
16 yaşlı yeniyetmə tutuldu və 40 il həbs aldı.
Stepienin ürəyi isə Nyu-Cersi sakini Artur Tomasa çatdı. 1990-cı
ildə Tomasda ventrikulyar taxikardiya aşkarlanmışdı. Tomasa "sizin
üçün donor ürək tapılıb" deyiləndə o, xroniki ürək çatışmazlığı
səbəbindən ölüm ayağında idi.
Stepienin ürəyinin bağışlandığı donor mərkəzi donorun ailə üzvləri və qohumları ilə orqanın transplantasiya edildiyi insanlar arasında əlaqə saxlamağa imkan verir. Bu səbəbdən də Cenni ilə Artur elektron poçt və adi məktublar vasitəsilə ünsiyyət saxlayırdılar.
2015-ci ilin oktyabrında 33 yaşlı Cenni Stepien 34 yaşlı Pol Mennerlə nişanlandı. Cenni qərara gəlmişdi ki, onun toyunda atasının yerini "atasının ürəyinin yerləşdirildiyi kişi tutsun". Həmin vaxtadək Cenni ilə görüşməmiş Tomas bu istəyi yerinə yetirdi, amma əvvəlcə doğma qızından icazə aldı.
Nikah mərasimi Siussveyl şəhərində, 16 yaşlı qatilin Cenninin
atasını güllələdiyi küçənin yaxınlığında olub.
Ürəyin transplantasiyası əməliyyatından sonra doğmalaşmış iki ailə
bundan sonra daim əlaqə saxlamağa söz verib.
"Cenninin istəyini eşidəndə kövrəldim. Hətta ağladım. Onun atasının ürəyini toya çatdırmaq üçün o şəhərə hətta piyada gedərdim", - Artur Tomas deyib.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...