Bir bu qalmışdı - pokemonla evlənir - FOTO
Bizi izləyin

Bilgi.az

Bir bu qalmışdı - pokemonla evlənir - FOTO

Rusiyalı İvan Makarov Kutuzov nigah qeydiyyat şöbəsinə qeyri-adi istəklə müraciət edib.

Milli.Az Technote-yə istinadən xəbər verir ki, 36 yaşlı İvan "Pokemon GO" oyunundakıvirtual personaj ilə ailə həyatı qurmaq istəyir.

Məlumata əsasən İvan, Kutuzov nigah qeydiyyat şöbəsinə müraciət edərək Ditto adlı pokemonla ailə həyatı qurmaq istədiyini və bu istəyi nəzərə alaraq onun nikahının qeydiyyata alınmasını tələb edib:

"Mən Ditto pokemonunu sevirəm. Onu tutmaq demək olar ki, mümkün deyil. Mən onu tutmaq üçün uzun zaman sərf etdim. Lakin tuta bilmədiyim üçün onunla evlənməyə qərar verdim. Ümid edirəm ki, o mənim həyatıma gələcək və biz pokemonlar yaradacağıq. Ditto ən nadir, ən gözəl və mənim kimi kökdür. Bir yerdə biz mükəmməl cütlük ola bilərik".

Makarov deyib ki, hansısa qadını fəth etmək üçün ona ürəyini bəxş etməlidir: "Mən onun qarşılıqlı sevgisinə inanıram. Əgər bütün bunlardan sonra o mənə fikir verməsə mən bilmirəm nə edəcəm", - deyə İvan Makarov bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm