• USD 1,7001 0,00% EUR 2,0949 -0,53%
    • GBP 2,3770 +0,03% RUB 0,0300 -0,33%

Telekanal biabırçılığa görə ÜZR İSTƏDİ - VİDEO (YENİLƏNİB)

  • Bilgi.az
  • 11 Avqust 2016 12:48
  • 1 854 Baxış
Telekanal biabırçılığa görə ÜZR İSTƏDİ - VİDEO (YENİLƏNİB)

"Günəş TV"-nin icraçı direktoru Rəşad İsayev efirdə baş vermiş xoşagəlməz hadisə ilə bağlı açıqlama verib. O, bu görüntülərə görə tamaşaçılardan üzr istəyib:

"Baş verən yanlışlığa görə təəssüf hissi keçiririk. Məsələ ilə bağlı bir neçə əməkdaş artıq cəzalandırılıb. Aparılan araşdırmaların nəticəsində, bu xoşagəlməz halın yaşanmasına səbəb olan, cavabdeh şəxslər işdən azad olunacaq. Eyni zamanda, bir daha belə halların yaşanmaması üçün telekanal əməkdaşları qarşısında xüsusi tələb qoyulub. Bu xoşagəlməz duruma görə tamaşaçılarımızdan üzr istəyirik". (azxeber.com)

***

12:00

ANS TV-nin yerinə gecə saatlarında ümumrespublika yayımına keçən "Günəş TV"də hər kəsi təəcübləndirən tərcümə efirə verilib.

Dünən gecə saatlarında efirə gedən "Mən yaramazam" cizgi filmində personajlardan biri təhqiramiz sözlər işlədib. Maraqlıdır ki, Azərbaycan dilində yayımlanan bu cizgi filmində tərcümə də eyni cür verilib

Belə ki, personaj "o sənin dalını dağıdacaq" sözünü deyib və bu sözlər ana-dilimizdə efirə verilib.

Maraqlıdır ki, kanalın əsasnaməsində qeyd olunur ki, efir vaxtını bütünlüklə uşaqlara həsr edən "Günəş TV"-nin yayımında şiddət, pis vərdişlər aşılayan kadrlara yer verilmir. Efirdə yalnız milli-mənəvi dəyərlərə söykənən, uşaq psixologiyasına müsbət təsir edən verlişlər və filmlər yayımlanır. (azxeber.com)

Həmin görüntüləri təqdim edirik:

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>