• USD 1,7000 0,00% EUR 2,0001 -0,08%
    • GBP 2,2810 +0,02% RUB 0,0277 +0,36%

İNANILMAZ: Polislər yaşlı cütlükləri... - FOTO

  • Bilgi.az
  • 11 Avqust 2016 15:39
  • 657 Baxış
İNANILMAZ: Polislər yaşlı cütlükləri... - FOTO

İtaliyanın paytaxtı Romada bu yaxınlarda hər kəsi təsirləndirən maraqlı bir hadisə baş verib. Polisə gələn bir məlumatda bildirilib ki, yaşlı cütlük ağlayır və bu xəbər polisi hərəkətə keçirib. Hər hansı bir qarət və ya şiddətə müdaxilə edəcəklərini düşünən polislər, dərhal hadisə yerinə yola düşür. Lakin burada onların qarşılaşdığı yeganə şey iki insanın təsirli tənhalıq hekayəsi olur.

89 və 94 yaşlarında olan bu cütlük televizorda da izlədikləri bədbin xəbərlərin təsirindən ağlamağa başlayıblar. Tək yaşayan bu cütlüyün qonşuları da tətilə getdikdən sonra onlar özlərini çox tənha hiss etməyə başlayıblar. Roma Polis İdarəsinin Facebook səhifəsində yayımladığı mesaja görə, tənha yaşayan bu cütlük üçün polis işçiləri yemək bişirib və axşamı onlarla söhbət edərək keçirib.

Bu dəfə polislərin vəzifəsi onlara təsəlli vermək olub.

Günlərdə heç kimlə söhbət etməyən cütlük həmin axşamı da tənha keçirdikdən sonra buna dözməyib və hönkürtü ilə ağlamağa başlayıblar. Onların səsini eşidənlər isə şiddətə mərzu qaldıqlarını düşünərək polisə məlumat veriblər. Polislərə öz dərdlərini danışan Jole və Michele söhbət etməyə, öz dərdlərini danışmağa bir insanın olmadığını deyərək, digər tərəfdən də dünyada baş verən pis hadisələrdən də təsirləndiklərini qeyd ediblər.

Polislər onlarla söhbət etməklə qalmayıb, həm də mətbəxə keçərək yemək hazırlayıblar. Rəsmi facebook səhifəsində isə bu sözlər yazılıb: "Həyat hər zaman asan olmur. Xüsusilə də şəhər boşalıb, qonşular tətilə getdikdə.. Bəzən bu tənhalıq göz yaşlarına çevrilir. Qəfildən gəlir və sizi alt-üst edir". (pahoo.az)

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>