• USD 1,7000 0,00% EUR 1,9978 -0,46%
    • GBP 2,2839 -0,56% RUB 0,0273 0,00%

Əmir Teymurla Bəyazidin məktublaşması - TƏƏSSÜF DOĞURAN TARİXİ YAZIŞMA - II MƏKTUB

  • Bilgi.az
  • 14 Avqust 2016 10:26
  • 1 185 Baxış
Əmir Teymurla Bəyazidin məktublaşması - TƏƏSSÜF DOĞURAN TARİXİ YAZIŞMA - II MƏKTUB

Teymurun gözlənilməz hücumundan narahat olan Bəyazid təcili qoşun toplamağa başlayır. Bu arada hökmdarlar arasında yenə yazışmalar davam edir. Qeyd edək ki, Teymur iki dindaş arasında qan tökülməsini istəmədiyindən məktubunda dostluq və qardaşlıq yolunu tutaraq mehribanlıq nümayiş etdirir.

Birinci məktubları bu linkdən oxuyun

II MƏKTUB

İldırım Bəyaziddən təhqir dolu məktub alan Teymur 1400-cü ildə qoşunu çəkib Osmanlıya hücuma keçərək Ərzurumu, Ərzincanı və Sivası işğal edir. Teymurun gözlənilməz hücumundan narahat olan Bəyazid təcili qoşun toplamağa başlayır. Bu arada hökmdarlar arasında yenə yazışmalar davam edir. Qeyd edək ki, Teymur iki dindaş arasında qan tökülməsini istəmədiyindən məktubunda dostluq və qardaşlıq yolunu tutaraq mehribanlıq nümayiş etdirir. Admiral.az Əmir Teymurun İldırım Bəyazidə ikinci məktubunu və Bəyazidin də ona cavab məktubunu təqdim edir.

news-detail

Əmir Teymurun İldırım Bəyazidə ikinci məktubu:

"...Sən özünü Allah yolunda cihad edən, bizi isə haqsız yerə qan tökən bir kafir, məni isə yeniyetmə bir döyüşçümü sayırsan? Biləsən ki, mən qırx ilə yaxındır nəfsimlə cihad edirəm. Nəhayət, bu cihadla da qalalar, ölkələr fəth edərək şəhərləri azad etməklə məşğulam. O ki, qaldı qərarıma, keçən dəfəkindən daha açıq və daha dəqiqdir. Bu mücadilələr əsnasında çox insanlar bizə itaət edərək canlarını bu yolda fəda ediblər. Siz nəyə görə bizə xidmət etməkdən qaçır və sevgi göstərmirsiniz? Həm də yaşca da səndən böyüyəm. Bu günə qədər hansı tərəfə getdimsə, qısa müddətdə oranı ələ keçirdim. Sivası da qısa zamanda əldə etdim. Sən isə Malatyanı dörd ay mühasirədə saxladın, nəhayət yenə bilməyib geri döndün. Sinop qalası da onun kimi. Məktubunda təhdid yolunu seçərək qürura qapılıb, ağılsız sözlər yazmağa cəsarət etmə. Sivasda ələ keçirdiyim adamlarından vəziyyətinin nə yerdə olduğu barədə məlumatlar əldə etmişəm. Dolayısı ilə bir çox müsəlmanı rəncidə edərək mallarının xarab edilməsini uyğun görmədik. Buna görə də məktubuma xoş cavab verməyi özünə vəzifə bil. Əgər belə etmiş olsan ölkəni viran olmaqdan qurtarmış olarsan. Bir də, bizimlə anlaşıb, üzr istəyərsənsə, o zaman aramızda dostluq və sevgi yaranar. Beləcə firəng kafirinə fürsət verməmiş olursan və biz də Sivasdan çəkilib gedərik. Bizim məqsədimiz sizi zəiflədərək kafir dininə yardım etmək deyil.

Bizi və əsgərlərimizi kafir, dinsiz, yolunu azan etiqad sahibi və çirkin adətlərə meyl edən ittihamlarla mühakimə etmə. Əsgərlərimiz müsəlmandır. Bu halda nəyə görə hidayətə layiq olmasınlar? Ona qalsa Osmanlı əsgərlərinin çoxu kafirlərdən yığılmadır. Cahangirliyimiz sayəsində səltənətimiz adına xütbələr oxunub, sikkələr basılır. Müsəlmanların ulül-əmri olmağımıza şübhə yoxdur. Bizim soyumuz İlhan-ı Alişandan gəlir. Əgər səmimi salamınla yanaşı xoş niyyətli məktubun gələrsə, hər iki tərəf arasında münasibətlərdə yumşalma və sevgi yaranar. Yox əgər, qılınc qınından çıxarsa, bu zaman qələmə yer qalmaz. Vəssəlam..."

Teymurun göndərdiyi ikinci məktuba İldırım Bəyazid xoş niyyətli və diplomatik bir anlayışla cavab verir. Məktubunda ağır və sərt sözlərdən qaçaraq Sivas və Anadoluda verdiyi zərəri gözünün qabağına gətirərək olayları sakit yolla həll etmək istəyirdi.

news-detail

İldırım Bəyazidin Teymurun ikinci məktubuna cavabı

"...Zamanın cahan sultanı Teymur Köregen, Sivası tutmağını bizim Təbrizə yönəldiyimizə bənzədərək qəribə müqayisə aparıbsan. Halbuki biz Kefeden (Kefe – Krım tatarcası: Kefe, ukrayna dilində: Feodosiya, rusca: Feodosiya. 1784-cü ilə qədər Kefe, Kaffa. Ukraynanın Krım yarımadasının cənub-şərq sahilində olan bir liman şəhəridir-R.S.) Şirvana gedərək oraya əsgər çıxarsaydıq kim mane ola bilərdi ki? Qıpçaqlar sizdən bezib yorulduğu üçün bizimlə bərabər olmağı üstün tuturlar. Malatya və Sinop barəsindəki iddianız isə doğru deyil. Bəzi səbəblərə görə mühasirəni dayandırmışıq. Bu nə bizim əsgərimizin sayının azlığından, nə də sizin əsgərinizin çox olmasından olmayıb. Kastamonu və Karaman hakimlərinin fürsət bilərək bəzi vilayətlərimizə hücuma keçdiklərindən Malatya və Sinopdakı mühasirəni yarımçıq saxlamağa qərar verdik... Biləsən ki, babam Ərtoğrul xan üç yüz qazisi ilə Əladdin Keyqubada qalib gələn Hülaki xanın on min tatar ordusunu məğlub etmişdi. Bundan sonra dövləti idarəetmə şərəfinə nail olaraq sultan tərəfindən xalatla mükafatlandırılır. Allahın lütfü ilə Səlcuqludan sonra idarəetməni əldə etməsi üsyan və etiraz ilə olmayıb. Osman bəy hakimiyyətinin ilk illərindən etibarən dörd tərəfdə yaşayan kafirlərin iki yüz mindən çox əsgərləri ilə gecə-gündüz mübarizə aparıb. Bu səltənət ulduzumuz dördüncü təbəqəyə qədəm qoyub və indiyə qədər də fəth etdiyimiz qala və şəhərlərin sayı keçmiş sultanların belə xəyalından keçməyib... Bizim nəzərimizdə dünya və orada yaşayanların Allah yolunda cihad etməyin yanında saman çöpü qədər dəyəri yoxdur. Osmanlı əsgərinə Abdullahoğlu deməkdən ziyadəsi ilə zövq alırıq. Çünki bütün Sahabe-i Kiramın ataları kafir ikən, özləri müsəlman oldular. Belə müsəlman olanlar insafı olmayan müsəlmanzadələrdən çox-çox üstündür...

Sən Sivası dağıdıb İslam əhalisinin izzətini məhv etdikdən sonra nə deyilə bilər ki! Siz bu məsələyə səbəb olan günahı özünüzdən uzaqlaşdırmağa çalışırsınız. Ərəb və farsca göndərdiyiniz məktubunuzda sərtlik, kobudluq və təkəbbürdən başqa bir şey yoxdur. Ali-Osman ölkələri hiylə ilə özünə mülk etməyib. Məktublarımız ağıllı dövlət ərkanımızla edilən məsləhətləşmələrdən sonra yazılıb..." (admiral.az)

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>