Bu kənddə kişilər lüt gəzir, atalarının cəsədini... FOTO/VİDEO
Bizi izləyin

Bilgi.az

Bu kənddə kişilər lüt gəzir, atalarının cəsədini... FOTO/VİDEO

"O, ölsə də, bizimlədir. Onu unutmamışıq və qayğısına qalırıq".

Papua-Yeni Qvineyanın qərbindəki Vamena bölgəsində yerləşən Voqi kəndinin sakini Eli Meybl belə deyir. O, atası Aqat Mamete Meyblin mumiyalanmış cəsədini evində saxlayır.

Papua-Yeni Qvineyanın qərbindəki cəngəlliklərdə yaşayan dani qəbiləsində Eli təki yüzlərlə insan ailə üzvlərinin və qohumlarının cəsədlərinin mumiyalarını evlərində saxlayır. Bu, danilərin adətləri, ənənələridir.

Dani qəbiləsini amerikalı zooloq və filantrop Riçard Arçold 1938-ci ildə təsadüfən aşkarlamışdı.
O vaxtdan bəri qəbilənin həyatında cüzi dəyişikliklər olub. Danilər əsrlər əvvəl olduğu kimi, ölülərini mumiyalayır və evdə saxlayırlar.

Onlar əvvəlki təki lüt gəzmirlər: yalnız bayramlarda, toylarda əcdadları təki çılpaq dolaşır, rəqs edir, ov səhnələrini canlandırırlar.

Hər ilin avqust ayının ortalarında danilər qonşu lani və yali qəbilələrinin kişiləri ilə "savaş"a çıxırlar. Kəndin mərkəzi meydanındakı bu "savaş"a baxmaq üçün minlərlə turist gəlir.
Kənddə isə yay başlayan kimi kişilər soyunur, lüt gəzməyə başlayırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm