Bilgi.az
Kiprdə QƏDİM TAPINTI
Arxeoloqlar Kiprdə Qədim Roma imperiyası dövründə keçirilən at yarışlarının dəqiq təsvirləri olan, uzunluğu 10 metr ölçüsündə mozaika aşkar ediblər.
Dördüncü əsrə aid bu abidə Nikosiya ərazisi yaxınlığındakı Akaki kəndində tapılıb. Mozaikada qarşısında dörd atlı olan dörd cəng araba təsvir olunub, atlıların adları göstərilib.
Arxeoloqların fikrincə, bu dörd atlı Romada cıdırda bir-biri ilə yarışıblar. Mozaikada, həmçinin yarışlarda hazırlıq mərhələsi də təsvir edilib. Belə ki, atlının yanında 2 piyadanın (birinin əlində qamçı, digərində isə su ilə dolu qab) şəkli də çəkilib.
Müvafiq istiqamətdə hələ də tədqiqatlarını davam etdirən alimlər iddia edirlər ki, mozaikanın tapıldığı yer hansısa imkanlı romalıya məxsus olub. Tapıntının nadirliyi də ondan ibarətdir ki, ümumiyyətlə antik dövrə aid olan bir çox abidələr əsasən dəniz sahillərində aşkar edilir. (azərtac)
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu