16 AVQUST
Bizi izləyin

Bilgi.az

16 AVQUST

1960-cı il. Stokholmda XI Beynəlxalq astronavtika konqresinin qərarı ilə Beynəlxalq Astronavtika Akademiyası yaradılıb. Akademiyanın yaradılmasının təşəbbüskarı aerodinamika sahəsində tanınmış alim, professor Teodor fon Karman olub. Hazırda akademiyanın üzvləri arasında 75-dən çox ölkənin alimləri var. Astronavtika sahəsində ən yaxşı mütəxəssisləri birləşdirən akademiya bu gün kosmik məkanın tədqiqində yüksək nüfuz və dünya şöhrəti qazanıb.

1976-cı il. Psixotrop maddələr üzərində nəzarət haqqında Konvensiya qüvvəyə minib. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə 1971-ci il yanvarın 11-dən fevralın 21-dək Vyanada keçirilən konfransda psixotrop maddələr üzərində nəzarət haqqında Konvensiya qəbul edilib. Sənədi təxminən 160 dövlət imzalayıb. Konvensiya psixotrop maddələrdən sui-istifadəyə qarşı tədbirlərin keçirilməsini nəzərdə tutur, narkomanların reabilitasiyası və müalicəsinin vacibliyini göstərir.

1905-ci il. Şuşada erməni-daşnak quldur dəstələrinin azərbaycanlı əhaliyə qarşı hucumlarının qarşısı alınıb. Bakıdakı müsəlman qırğınlarından sonra ermənilərin eyni ssenarini Qarabağda da həyat keçirmək cəhdləri baş tutmayıb. Erməni dəstələri Şuşa yaxınlığında ağır məğlubiyyətə uğrayıblar. Bundan az öncə daşnakların silahlı dəstələri Qacar kəndindəki (Füzuli rayonu) döyüşdə məğlub edilmişdi.

1906-cı il. Ümumrusiya müsəlmanlarının III qurultayı (Nijni-Novqorod) işə başlayıb. Avqustun 20-dək sürən qurultayda Ümumrusiya Müsəlmanları İttifaqının ("İttifaqi-Müslimin") proqram sənədləri, rəhbər strukturları təsdiqlənib. Azərbaycanlı Əlimərdan bəy Topçubaşov Ümumrusiya Müsəlmanları İttifaqının rəhbəri secilib.

1925-ci il. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq Şairi, dramaturq, ictimai xadim Bəxtiyar Vahabzadə Şəkidə anadan olub. 1959-cu ildə yazdığı tarixi "Gülüstan" poeması şairə məşhurluq gətirib. Zəngin yaradıcılığı boyunca 20-dək poema, 10 dram əsəri yazıb. Bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub, "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif olunub. Bəxtiyar Vahabzadə 2009-cu il fevralın 13-də vəfat edib. Bakıda, Fəxri Xiyabanda dəfn olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm