Bilgi.az
Zəhərləndilər, qurban kəsdilər, ehsan yeməyində yenidən zəhərləndilər
Eşidənlərin gülməyinə səbəb olan hadisə Türkiyədə baş verib. Qida zəhərlənməsi səbəbiylə xəstəxanaya yerləşdirilən Ərdal ailəsi, xəstəxanadan evə buraxıldıqları üçün verdikləri ehsan yeməyində, yaxınları və qonşuları ilə birlikdə yenidən zəhərlənib.
Publika.az-ın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, Asiyə Ərdal bir müddət əvvəl Mərmərə Ərəylisi mahalındakı evlərində axşam yeməyi üçün dolma bişirib.
Qarın ağrısı və qusma şikayətləri ilə xəstəxanaya müraciət ediblər
Dolmanı yeyən ailə üzvlərinin bir müddət sonra qarın ağrısı və qusma şikayətləri başlayıb. Ələddin və Asiyə Ərdal cütlüyü, uşaqları Ayşən və Münəvvər Ərdal ilə Asiyə Ərdalın anası Kamilə Qarayel dövlət xəstəxanasına müraciət edib. Xəstəxanada müayinə zamanı ailə üzvlərinə qida zəhərlənməsi diaqnozu qoyulub. Ailə bir həftə davam edən müalicədən sonra evə buraxılıb.
Ehsan verdilər, yenə zəhərləndilər
Ərdal ailəsi başlarına gələn pis hadisədən xilas olub və sağlamlıqlarına qovuşduqları üçün xəstəxanadan çıxdıqdan sonra ehsan verməyə qərar verib. Ailə kəsdikləri qurban ətindən yemək bişirərək yaxınlarını və qonşularını da dəvət edib.
Bu dəfə də Ərdal ailəsi, qohumları və qonşuları yedikləri yeməkdən zəhərlənib. Zəhərlənən 25 nəfər xəstəxanaya aparılıb. 21 nəfər müalicədən sonra xəstəxanadan ayrılıb. Reanimasiyaya yerləşdirilən 4 nəfərin müalicəsi isə davam edir.
Əli
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi