Bilgi.az
Valideynləri bu xəstə uşaqdan imtina etdilər - FOTOLAR
"Atası və anası ondan imtina etdilər. Az qalmışdı ki, küçəyə atsınlar. Buna yol verə bilməzdik. Uşağı ailəmizə gətirdik və o gündən bəri Royal bizimlə yaşayır".
Royal Kumar hidrosefaliya xəstəsidir. Yəni onun beynində sürəkli maye yığılır. 4 aylıq olanda Royal Kumarda sürəkli qusmalar, daimi yorğunluq başlanıb. Uşaq həmişə yatmaq istəyirdi.
Balaca Royalın valideynləri xəstə uşağın bu halını görəndə ondan
imtina ediblər.
Başı normadan üç dəfə böyük olan Royalı qohumları qəbul
ediblər.
45 yaşlı Racendra Prasad və onun xanımı, 30 yaşlı Prabha Devi
Royala indi öz övladları kimi baxırlar.
"Bu uşaq əzablar çəkir, ağrılardan qıvrılır. Onun əzablarını
azaltmaq üçün əlimdən nə gəlirsə, edirəm. Royalı uşaqlarımdan
ayırmıram, o da bir oğlumdur. Bəzi qonşularım deyirlər ki, Royalın
belə ağır xəstə olduğunu bilərək niyə ailəmə qəbul etdim. Qoy
desinlər", - Devi söyləyib.
Racendra Prasadın dediyinə görə, balaca Royalın müalicəsinə indiyədək 200 min rupi, yəni təqribən 2800 dollar xərcləyib.
Cərrahlar balaca Royalın başına şunt salaraq oradakı mayeni çıxarmağa çalışsalar da, bir nəticə hasil olmayıb.
Hindistanın şərqindəki Rançidə yerləşən hospitalın neyrocərrahiyyə dosenti Çandra Bhuşan Sahayın dediyinə görə, uşağı pulsuz müalicə edəcəklər. (milli.az)
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!