Atalığından çox öz doğma atasına nifrət bəsləyirdi - Mişanın siyasi portireti
Bizi izləyin

Bilgi.az

Atalığından çox öz doğma atasına nifrət bəsləyirdi - Mişanın siyasi portireti

Atalığından çox öz doğma atasına nifrət bəsləyirdi- Mişanın siyasi portireti

Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü, Psixoloji Portretalogiya və Politalogiya Mərkəzinin rəhbəri Adıgözəl Məmmədov Gürcüstanın siyasi-psixoloji portretindən yazır. Publika.Az Moderator.az-da yerləşdirilmiş yazını təqdim edir.

Gürcüstan dövlətinin keçmiş prezidentinin şüur strukturu

Son vaxtlar psixoloji problemlərin öyrənilməsi və bu amillərin bütün liderlərin siyasi fəaliyyətinə təsiri hər kəs üçün mühüm məsələyə çevrilib. Şübhəsiz ki, obyektiv ictimai-siyasi, iqtisadi hallarla yanaşı, həmçinin fərdi psixologiyaya sığınan subyektiv amillər, adətlər, tərbiyə və şəxsiyyətin xarakteri “tarixi yönəldən” amillərdir.

Portretoloq – o həm psixoloq, həm də həkimdir

Psixoloji portretologiyanın hazırlanmasında əsas məqsəd müxtəlif dövlətlərin liderlərinin təmsil etdikləri ölkələrin siyasətinə onların təsir etmə qabiliyyətlərini müəyyən etməkdir.

Kataklizmlər zamanı ictimai həyatın və ya tarixin dönüş mərhələlərində təzadlı və cəmiyyət üçün yeni olan liderlər formalaşır və bir çoxlarının təəccübünə rəğmən, onlar kütlənin fanatına çevrilə bilirlər. Bu baxımdan liderlərin psixoloji qiymətləndirmə sistemi baş verə biləcək siyasi prosesləri proqnozlaşdırmağa imkan verir.

Məlum olduğu kimi, dövlətdə şəxsiyyətin rolu və dövlətdə birinci şəxsin əhəmiyyəti özünəməxsus bir faktordur , eyni zamanda bu hal digər amillərə hakim olur, bu xüsusilə Qafqaz regionu dövlətlərinə aiddir.

Psixoloji portretlərin tərtibi zamanı siyasi xadimlərin obrazlarını fərqli açıqlayan universal psixodiaqnostik yanaşmalar mövcuddur. Hər bir konkret halda şəxsiyyət strukturu, psixoloji portret tərtibi portretoloq tərəfindən modelizə edilir və ya müəyyən məqsədə nail olmaq üçün konkret praqmatik məsələlər həll edilir.

Bütün bu tapşırıqların öhdəsindən gəlmək üçün portretoloq nəinki, psixoloq, o eyni zamanda tibbi biliklərə də sahib olmalıdır. Çünki, siyasi liderlərin psixoloji portretlərini tərtib edərkən, şəxsi xüsusiyyətləri və norma həddi patalogiya nəzərə alınır. Köklü şəxsiyyət strukturu və tipik xarakterli cəhətlər insanların xüsusi tərbiyə üsulunun məhsuludur (əsasən də uşaqlıq çağında). Köklü şəxsiyyət strukturu sosial elmlərin təhlil əməliyyatının effektiv alətidir.

Hər şeyin səbəbi – çətin keçmiş uşaqlıq dövrüdür

Mixail Saakaşvili 1967-ci ilin 21 dekabr tarixində Tbilisidə, zədəgan gürcü ailəsində anadan olub. Onun atası Nikolas ixtisasca tibb işçisi idi. O öz oğlunun doğulmağına bir neçə ay qalmış həyat yoldaşından ayrılaraq, başqa ailəyə gedib. İxtisasca, tarixçi-professor, Gürcüstanın orta əsr mədəniyyəti üzrə mütəxəssis, türkoloq, “Gürcüstan-Azərbaycan dostluq mərkəzi”nin rəhbəri olan anası Qiuliya Alasaniya daha sonra Zurab Kometianla ailə həyatı qurur. Tərbiyəsi ilə anası məşğul olurdu. Atalığı ona məsafəli davranırdı. Mişa ata nəvazişindən məhrum halda böyüyür.

Bütün bu uşaqlıqda aldığı travmalar gələcək də onun xasiyyətinə, qavrayış və davranışına təsir edəcəkdi. Lakin atalığından çox, o öz doğma atasına nifrət bəsləyirdi və öz uşaqlığına görə onu əfv etmirdi. Saakaşvili hətta öz ata adını Nikolazoviçdən Nokolayeviçə dəyişir. Bu əslində ailəsini onun doğulmasına qədər tərk etmiş atadan özü-özlüyündə alınmış bir intiqamı idi. Eyni zamanda, bu hərəkətlə o özünün etnik mənşəyinin menqrel olduğunu da açıqlamış oldu. Bax bu cür abu-havada Mişa öz uşaqlıq dövrünü başa vurur.

Açıq-aşkar onun öz həmyaşıdlarına həsədlə baxdığı hiss olunurdu. Bu hisslər onu tənhalığa təcrid edirdi. O öz ailə natamamalığını dərsləri ilə ciddi şəkildə məşğul olmaqla doldurmaq istəyirdi. Lakin uşaqlıqda aldığı travmalar artıq onda öz izlərini buraxmışdı. Ona görə də hakimiyyət həmişə onun üçün həmin natamamlığı doldurmaq və nailiyyətlər əldə etmək üçün bir alət rolun oynayacaqdı.

Saakaşvili üçün hakimiyyət maddi və qeyri-maddi fayda əldə etmək üçün (var-dövlət, şöhrət, nüfuz, tanınmaq, cəmiyyətin yuxarı təbəqəsinə giriş və s. ), həmçinin başqalarının üzərində hökmranlıq etmək, başqalarının ondan asılılığını görməkdən həzz almaq üçün bir vasitədir. (özünəməxsus hökmranlıq sadizmi –A.M)

Saakaşvilin xarizması və cazibə qüvvəsinin sehrləri

Mixail Saakaşvili müasir tariximizin ən məşhur demaqoqu kimi, müxalifət elektoratını öz məqsədləri üçün istifadə edirdi. O kütlənin idealıdır və onların şərtsiz ona heyranlıqlarından istifadə edərək, onlarla çox asanlıqla manupulə edə bilirdi. O məhz kütlənin nə eşitmək istədiklərini deyirdi.

“Kommersant” qəzetinin xüsusi müxbiri Andrey Kolesnikov 22 noyabr 2013-cü ildə Tbilisidə olarkən baş verən hadisələri belə xarakterizə edib:

“Mən baş verən mitinqdə gəzişərkən, birdən gözlənilmədən İosif Stalinin arxasından tünd mavi rəngdə “UAZ” markalı maşın dayandı və onun içindən qulaqlarında qulaqcıqlar və əllərində mikrafonlarla, bir neçə cangüdənin müşaiyəti altında Mixail Saakaşvili endi. Onlar olduqca professional şəkildə hərəkət edirdilər, bir an içində kütlə arasında gəzişdilər. Mixail Saakaşvili tribunaya çıxdı. Bu an mənim gözümün önündə xarizmatik lider obrazı canlandı. Onun hər bir sözü böyük heyranlığa səbəb olurdu. İnsanlar onun nə danışdığını heç anlamırdı da. Çünki, onları bu heç maraqlandırmırdı da. Onlar üçün sadəcə onun onlarla olması və onu canlı görmələri kifayət edirdi”.

Həmin gün müxalifçilər əllərində qızılgüllərlə parlamentin binasını əhatə etdilər. 2003-cü ilin 23 noyabrında “Milli Hərəkat” (Nasionalnoye Dvijeniye) Partiyasının rəhbərliyi və Mixail Saakaşvili Zurab Jvaniya ilə, eləcə də spiker Nino Burcenadze ilə etiraz aksiyası keçirdilər. Gürcüstanda hakimiyyət dəyişikliyi baş verdi. Təşkil edilən üsyanın əsası 2 noyabr 2003-cü ildə keçirilən parlament seçkilərinin saxtalaşdırılması motivinin üzərində qurulmuşdu. Eduard Şivarnadze istefa verməli oldu.

Saakaşvili gözlənilməz və eyni zamanda da prinsipialdır. Ancaq o məcaraçıdır, bir çox hallarda xəyallardakı vasitələrə o qədər tuitunur ki, məqsədinin nədən ibarət olmasını da unudur. O diqqət mərkəzində olmaq üçün daha çox provakasiyalara yönələndir. Lakin bir çoxları bütün bunlara uyaraq, “özünü-hipnoz” edərək baş verənlərin təsirinə düşürlər. Bu zaman Saakaşvili hər kəsin gözündə ideal bir varlığa çevrilir və o da məharətlə bundan istifadə edərək öz siyasi rəqiblərini neytralizə edirdi.

Mixail Saakaşvili

Mixail Saakaşvilinin şəxsi həyatı onun özü üçün xəyal etdiyi şəkildədir. O öz əhatəsindəki insanların fikirlərini qəbul etmir, ona qarşı səslənən istənilən tənqidi inkar edirdi. Onun üçün yalnız bir həqiqət var, o da onun öz şəxsi fikridir. Kim ki, onunla hər hansı bir fikirdə razılaşmırdı, Saakaşvili həmin adama yad və ya hətta düşmən kimi baxırdı. Ona görə də hər şeyə və hər kəsə qarşı şübhə ilə yanaşdığından çox zaman belə insanlar yorulamadan uydurulmuş “düşmənlər” və “yüksək arzularla” yaşayırlar.

“Yüksək arzular” əslində real baş verən hadisələrdən yaranır, sıx emosiya ilə müşayiət olunur və fikirlərində dominant mövqe yer alaraq, yanlış nəticələrə aparır.

Bir çox yanlışlıqlarla barışmayanlar heç vaxt onlara olunan təhqiri unuda bilmirlər və bütün həyatları boyu bu vəziyyəti təhlil etməklə məşğul olurlar. Bu hislər son nəticədə onların fikirlərində intiqam hissini yaradır.

Yüksək arzular – səhv və sayıqlamaq arasındakı orta vəziyyətdir. Yüksək arzular psixi xəstəlik hesab olunmasa da, onun patalogiyası hesab edilir. Onlar Saakaşvilinin xasiyyətində konflikt yaradan, dalaşqan, tez özündən çıxmaq kimi xüsusiyyətlər kimi özünü büruzə verirdi.

Bütün bu xüsusiyyətləri şizoid şəxsiyyət növünə aiddir

Şizoid şəxsiyyət növü ( bunu özünə qapalı kimi də adlandırmaq olar). Şizoid sözü 1936-cı ildə alman alimi Kreçmen tərəfindən yaranıb. O hesab edirdi ki, şizoid psixotiplərlə şizofreniya xəstələri arasında oxşarlıq var. Lakin daha sonra məlum oldu ki, onlar arasında oxşarlıq olsa da, onlar arasında etiloji və patogenetik bağlantı yoxdur. Şəxsiyyətin bu cür xüsusiyyəti onların autistik düşüncəyə malik olmalarıdir. Bu da onları digərlərindən fərqləndirir. Bu cür insanların mimikaları, davranışları, geyimləri və s spesifik fərliliyə malikdir. Onların şübhəçi olmaları artıq adət halına çevrilir.

Bütün bunlarda şizod şəxsiyyət növünün simptomları özünü əks etdirir. Fizioloji nöqteyi-nəzərdən, bu bütün orqanizmin və sinir sisteminin reaksiyasıdır.

Bu cür insanlar çox zaman şənlənməyi, səs-küylü yerlərdə olmağı, konsertlərdə qonaqlar qarşısında öz keyfiyyətlərini nümayiş etdirərək onun digərlərindən fərli olduğunu göstərməsindən xoşu gəlir. Lakin bir nəqədər vaxt keçəndən sonra onlar tək qalmaq istəyirlər.

Onlar bu cür vəziyyətdən əziyyət çəkirlər: yüksəyə qaxmaq və təqib vəziyyəti.

Təqib və ya paranoyaya məruz qalanlar daim hər şeydən şübhələnirlər. Bu şəxsiyyətlər daxili təəssüratlar, hisslər, duyğular kənar müşahidələrin nəzərindən gizli qalmağa üstünlük verir və onlar başqa insanlarla yaxınlaşmağa meylli deyillər. Çox zaman onlar özlərindən razı olur, kənar şəxslərə qarşı şübhə ilə yanaşır və özlərini sevən olurlar. Öz bacarıqlarını və əmək verdikləri hər şeyi çox yüksək qiymətləndirirlər. Həyati məsələlərdə heç kəsin fikri ilə hesablaşmırlar, özlərini hər zaman düz hesab edirlər. Onlarla razılaşmayanları isə düşmənləri kimi qəbul edirlər.

Yuxarıda qeyd olunan bu faktorlar Saakaşvilinin xasiyyətinin forlamaşdırır və onun psixi-ruhi vəziyyətinə təsir edirdi. Ona görə də Saakaşvilinin psixi-ruhi halı Abxaziya və Cənubi Osetiyanın tam itirilməsinin səbəblərindən biri oldu.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm