• USD 1,7000 0,00% EUR 2,0001 -0,08%
    • GBP 2,2810 +0,02% RUB 0,0277 +0,36%

Yer kürəsi iki dəfə böyüsəydi, nə baş verərdi?- VİDEO

  • Bilgi.az
  • 27 Avqust 2016 13:24
  • 646 Baxış
Yer kürəsi iki dəfə böyüsəydi, nə baş verərdi?- VİDEO

Əgər Yer planeti öz ölçüsündən iki dəfə artıq böyüsə, onun kütləsi 8 dəfə, cazibə qüvvəsi isə iki dəfə artacaq. Bu halda siz tərəziyə çıxsanız, çəkiniz ikiqat artıq görünəcək. Gəzmək çətinləşəcək və siz daha tez yorulmağa başlayacaqsınız. Bundan başqa, sizə elə gələcək ki, sanki belinizdə öz əkizinizi daşıyırsınız.

Bu hadisədən illər keçdikcə, insan sümükləri daha güclü inkişaf etməyə başlayacaq. Xüsusilə də bu ayaq əzələlərində özünün göstərəcək.

Ağaclar tədricən məhv olar, yeniləri isə hündür boy ata bilməzlər. Bizim vərdiş etdiyimiz ağırlıq qüvvəsi təxminən 1.20 metr hündürlüyündə ağac üçün hesablanıb. Bununla belə, ağac nə qədər hündür olursa, suyun köklərdən zirvəyə doğru qalxması üçün də bir o qədər enerji tələb olunur. Əgər ağacın fotosintezdən aldığı enerji suyun paylanmasına sərf olunan enerjidən çoxdursa, ağac boy atır. Əgər bunun əksi baş verirsə, ağac boy atmağı da dayandırır. Bir sözlə, əgər ağırlıq qüvvəsi birdən-birə iki dəfə artsa, ağaclar qəbul etdiklərinən çox enerji sərf edəcəklər. Bu da onların böyüməsinin qarşısını alacaq.

Yerin qravitasiyasının iki dəfə artmasına baxmayaraq, Ayı iki yerə parçalaması üçün bu da kifayət etməyəcək. Ay minimal məsafədə olacaq. Əgər Ay bir az da yaxınlaşsa, balans pozula bilər. Bunun nəticəsində, Yer öz peyki olan Ayı iki hissəyə parçalayacaq və nəticədə Yerin ətrafında da Saturnda olduğu kimi halqa yaranacaq.

Yerin ölçüsü bu qədər böyüdüyündə, istiliyi də daha çox qəbul edəcək. Yerin nüvəsində nə qədər qeyri-stabil elementlər olsa, səthi də bir o qədər çox qızacaq. Bu isə daha çox vulkanik aktivliyin olacağı deməkdir. (Pahoo.az)

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>