Bilgi.az
15 yaşlı qız növbə gözləyərkən hamilə qaldı
Türkiyədə 2 il əvvəl 5 nəfərin təcavüzünə məruz qalan, bu barədə məhkəmə prosesi davam edərkən məhkəmə tibbi ekspertizasına göndərilən və müayinə gününü gözləyən 15 yaşlı E.T. daha 4 nəfərlə cinsi əlaqədə olaraq hamilə qaldı.
Məlumata görə, E.T. hələ 13 yaşında ikən ailəsi
qızlarının təcavüzə məruz qalması şikayəti ilə hüquq mühafizə
orqanlarına şikayət edib. Şikayət əsasında 5 nəfər saxlanılıb və
onlardan 3-ü barədə həbs-qətimkan tədbiri seçilib.
Zərərçəkmiş isə ruhi və fiziki sağlamlığının
yerində olub-olmamasının yoxlanması üçün məhkəmə tibbi
ekspertizasına göndərilib. Burada müayinə gününü gözləyən E.T. daha
4 nəfərlə cinsi münasibətdə olub.
15 yaşlı qızın hamilə qalması ilə ortaya çıxan
hadisədən sonra iki proses birləşdirilib və 9 nəfər barəsində
“azyaşlının cinsi istismarı”, “şantaj”, “şəxsi azadlıqdan məhrum
etmək” ittihamları ilə məhkəmə iddiası qaldırılıb.
E.T. ifadəsində uşağının atası olduğunu iddia
etdiyi şəxslə istəyərək cinsi münasibətdə olduğunu
deyib.
Məhkəmə isə şübhəlilərin vəkillərinin müttəhimlər
barədə müdafiə hazırlaması üçün təxirə salınıb.
/Anspress
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR