Bir anda milyarder oldu - "Hesabımda 10 trilyon rubl vardı"
Bizi izləyin

Bilgi.az

Bir anda milyarder oldu - "Hesabımda 10 trilyon rubl vardı"

Timurun bankdakı hesabına 9999999999999 rubl, yəni təqribən 312,5 milyard dollar köçürülüb

Rusiyadakı "Alfa Bank"ın mərkəzi hesablama sistemindəki ani yanlışlıq 26 yaşlı Timur Fatkullini bir anda milyarderə çevirmişdi.


Belə ki, Timurun bankdakı hesabına 9999999999999 rubl, yəni təqribən 312,5 milyard dollar yatırılmışdı.


Milli.Az Vesti-yə istinadən bildirir ki, T.Fatkullin hesabındakı məbləği görəndə heyrətindən nə edəcəyini bilməyib.


"Hesabımda 10 trilyon rubl vardı. İnanılmazdı. Mənim heç vaxt belə pulum olmayıb və ola da bilməzdi. Ona görə "Alfa Bank"a zəng vurub yanlışlıq olduğunu dedim. Dərhal hesabımı dondurdular. Əslində, hesabdan hansısa məbləği götürüb xərcləmək niyyətində olmamışam. Təbii ki, bütün bunlar texniki yanlışlığın səbəbi idi", - T.Fatkullin deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm