Şagirdi cəzb edən müəllimələr
Bizi izləyin

Bilgi.az

Şagirdi cəzb edən müəllimələr

Son 5 ildə Nyu-York şəhərinin məktəblərində həm müəllimlər, həm də məktəb heyəti ilə şagirdlər arasında seksual münasibətləri artıb.

Nyu-York şəhəri təhsil şöbəsinin yanında fəaliyyət göstərən xüsusi komissiyanın apardığı tədqiqatlara görə, müəllim-şagird arasında yaranmış münasibətlərdən 593 şikayət gəlib. Şikayətlərdən 104 seksual xarakter daşıyır.

Ekspertlərin rəyincə sosial şəbəkə və “ağıllı” telefonlar vasitəsilə, valideynlərinin də xəbəri olmadan müəllim və şagirdlər arasında münasibətlər başlanır.

Məsələn, 2011-ci ildə müəllimə Devit Klinton öz şagirdindən hamilə qalıb. İddia olunur ki, müəllimələr qəsdən şagirdləri cəzb edir. Həmin ildə müəllim Çarlz Oros 13 yaşlı şagirdlə cinsi əlaqədə olub. Qeyd olunur ki, bu münasibətdən çox seksual vəhşilikdən irəli gəlir. 2011-ci ildə müəllimə Erin Sayar 16 yaşlı şagirdi zorladığı üçün 10 illik azadlıqdan məhrum edilib. 2012-ci ildə internetdə yayılan fotolar isə təhsil nazirliyini çaşbaş salıb. Belə ki, Nyu-York müəllimələrindən birinin məktəbin həyətində açıq şəkildə şagirdlə öpüşməsi böyük səs-küyə səbəb olub.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm