İngiltərəni siçovullar basdı
Bizi izləyin

Bilgi.az

İngiltərəni siçovullar basdı

İngiltərəni siçovullar basdı

İngilis Daily Mirror qəzeti , "İngiltərədə nəhəng siçanlar vəbası" manşetilə başlayan xəbərində ölkəni zəbt edən 60 santimetr uzunluğundakı siçanların İngiltərənin şəhərlərini təhdid etdiyini yazıb.

Liverpulda tutulan nəhəng qəhvəyi , quyruğu uzun siçovulların fotoşəkilini yayımlayan İngilis qəzeti , mütəxəssislər zəhərə qarşı immunitet qazanan bu siçanların qarşısını almaqda çarəsiz qaldıqlarını deyib.

Nəhəng bir siçanı Liverpulda tutan siçovul nəzarətçisi Sean Velan, "Bizim atığımızı yeyirlər və bizim kimi

yedikcə böyüyürlər " deyib.

Durham, Bradford, Liverpul, Birmingham, Oxford, Henley -on- Thames, Hampshire , Berkshire kimi şəhərlərdə müəyyən olunan 2 metr hündürlüyə tullana bilən nəhəng siçanların indi hər yerdə olduqları qeyd edilib.

mövqe.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm