Fırıldaqçı yenidən bankı aldatmaq üçün özünü 20 il cavanlaşdırdı - Foto
Bizi izləyin

Bilgi.az

Fırıldaqçı yenidən bankı aldatmaq üçün özünü 20 il cavanlaşdırdı - Foto

Fırıldaqçı yenidən bankı aldatmaq üçün özünü 20 il cavanlaşdırdı-Foto

Salman yenidən bankı aldatmaq üçün cərrah bıçağı altına uzanaraq Sergey olub.

Rusiyada polis əməkdaşları axtarışda olan 57 yaşlı çeçen əsilli Salmanı yaxalayıb. Yerli çayxanaların birində həbs edilmiş Salmanı, hətta polis əməkdaşları da tanıya bilməyib. O, bir ildən çox idi ki, dələduzluğa görə axtarışda olub. Belə ki, Salman saxta firma zəmanət kağızına görə bankdan 89 milyon rubl alıb.

Xəbər verilir ki, o, may ayında xəstəxanaya yerləşdirilib və bundan sonra yoxa çıxıb. Sonradan məlum olub ki, axtarışda olan Salman polisdən qorxmamaq üçün cərrahi əməliyyat keçirib və yeni pasport alıb.

Həbs olunan zaman, onun üstündən saxta pasport tapılıb. O, 37 yaşlı Moskva sakini Sergey Usaçev adıyla yaşayırmış. Saxta şəxsiyyət vəsiqəsi almaqla o, yenidən bankdan pul almaq niyyətində olub.

Salman-Sergey 6 illiyinə azadlıqdan məhrum edilib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm