Yeni iPhone öz sahibini qəzadan qoruyacaq
Bizi izləyin

Bilgi.az

Yeni iPhone öz sahibini qəzadan qoruyacaq

iPhone sahibləri sükan arxasında mesajlaşa bilməyəcəklər

Son zamanlar Apple ənənəvi smartfon funksiyaları olan avtomobil kompüterinə uyğunlaşdırılmış CarPlay sistemini inkişaf etdirir. Şirkət, həmçinin istifadəçilərin təhlükəsizliyini düşünərək, sükan arxasında olan zaman smartfondan istifadəni imkansız edən sistem yaradıb.



Apple, “Sürücünün hesablama cihazının bloka salınması” adlı müvafiq texnologiyanın patenti üçün müraciət edib. Patentdə sükan arxasında olarkən mesaj yollamanın və smartfondan istifadənin digər variantlarının məhdudlaşdırılması üsulları təsvir edilib.



Ssenarilərin birində hərəkət sensoru avtomobilin müəyyən olunmuş sürətdən daha tez hərəkət edib-etməməsini müəyyənləşdirəcək, aparatın ön kamerası isə sürücünün smartfonu əlində tutub-tutmamasını müəyyən edəcək. Sürətin müəyyən edilmiş həddən yüksək olduğu zaman əməliyyat sistemi telefonun əsas funksiyalarını bloka salacaq. Başqa bir variant da təsvir edilib, burada maşın işə salınan kimi siqnal göndərilir. Bu siqnalı alan iPhone bloka düşür.



Bütün bunlara nəzərən, şirkət avtomobil hərəkət edərkən “ağıllı” aparat və onun sahibi arasında səsli interfeysi yeganə ünsiyyət vasitəsi kimi saxlamaq istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm