13 min papaq toxuyub əsgərlərə yolladı - FOTO
Bizi izləyin

Bilgi.az

13 min papaq toxuyub əsgərlərə yolladı - FOTO

Tina Selbini indi bütün ölkə tanıyır. 51 yaşlı qadın Britaniyada məşhurlaşıb. O, 13 min yun papaq toxuyaraq ordudakı hərbçilərə, əsgərlərə yollayıb.


Daha 4 min papaq toxuyaraq əsgərlərə yollayacağını deyən Tina Selbi Britaniya kraliçası 2-ci Yelizavetanın göstərişi ilə "Britaniya İmperiyası Medalı" ilə təltif olunub.


Uelsin paytaxtı Kardiffdə yaşayan miss Selbinin dediyinə görə, ilk əvvəl Britaniyanın Əfqanıstandakı hərbi kontingentinin tərkibində xidmət edən əsgərlər üçün 500 papaq toxuyub yollamaq fikri vardı.


"Toxumağa başladım və 500 papaqdan sonra dayana bilmədim. Toxumağa davam etdim, üstəlik rəfiqələrimdən də yardım istədik. Beləcə, rəfiqələrimlə birlikdə papaqlar toxuyub əsgərlərimizə yolladıq. Zənn edirəm ki, belə kiçik hədiyyə əsgərlərimizin əhvallarını daha yaxşı edə bilər", - T.Selbi söyləyib.


Tina Selbinin yolladıqları papaqların hamısı ünvana çatıb. Məsələn, Britaniyanın Əfqanıstandakı hərbi kontingentinin tərkibindəki 2-ci motoatıcı alayının (2 Rifles CSS Katt) əsgərləri əldə oxunmuş papaqları həvəslə geyiblər və sonra da onların bir qrupu foto çəkdirərək T.Selbiyə yollayıblar.


"Mənə yardım edən rəfiqələrimə göstərişlərim də olurdu. Məsələn, Əfqanıstandakı əsgərlərimizə yolladığımız yun papaqlarda ağ rəng və ya flürosent yun iplər olmamalıydı. Bu, təhlükəsizliyin təminatı ilə bağlıdır, çünki yun papaqda ağ və ya flürosent rəng olarsa, axşam düşəndən sonra belə papaq uzaqdan asanlıqla görülür", - T.Selbi söyləyib./milli.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm