Bilgi.az
İki Papanı belə müqəddəsləşdirdilər - FOTO
Roma Katolik Kilsəsinin başçısı 1-ci Fransisk Vatikanda
keçirilmiş təntənəli mərasimdə sələflərini - 20-ci əsrin ən məşhur
Papası 2-ci İoann Pavel və "Qırmızı Papa" kimi tanınan 23-cü İoannı
müqəddəs bəyan edib.
Unikal hadisə idi. Çünki katolik kilsəsinin tarixində ilk dəfə olaraq bir gündə iki katolik din xadimi, özü də əsrlər əvvəl yaşamış insanlar yox, ötən əsrdə ömür sürmüş şəxslər müqəddəslik zirvəsinə çatmış sayılırdılar.
Milli.Az European-a istinadən bildirir ki, Vatikandakı Müqəddəs
Pyotr meydanında yer tutmaq üçün katoliklər mərasimdən bir gün
əvvəl yığışmağa başlamışdılar.
Polis müstəsna təhlükəsizlik tədbirlərinə əl atmışdı. Mərasimi 10 min polis qoruyurdu ki, onların 2 mini Müqəddəs Pyotr meydanında idilər.
150 kardinal və 800 keşiş mömin katoliklərə dua vərəqləri və İsa
Məsihin çarmıxdakı vücudunu simvolizə edən çörək tikələri, yüzlərlə
könüllü isə içməli su paylayırdılar.
Kütlə arasında 2-ci İoann Pavelin xatirəsinin nişanəsi olaraq Polşa bayraqları dalğalanırdı.
Vatikandakı mərasimə dünyanın müxtəlif ölkələrindən 100-dən artıq nümayəndə heyəti qatılmışdı.
Qonaqlar arasında indiki papanın sələfi, taxtından imtina etmiş
16-cı Benedikt də vardı.
1978-ci ildə pontifik seçilmiş polyak Karol Voytıla tarixə 2-ci
İoann Pavel kimi düşdü. 1958-ci ildə "Müqəddəs Pyotr taxtı"na çıxan
və 23-cü İoann kimi tarixə düşən Ancelo Cüzeppe Ronkalli isə sabiq
Sovetlər Birliyi və ABŞ arasındakı düşmən münasibətləri
normallaşdırmağa çalışdığı üçün "Qırmızı Papa" kimi
tanınırdı.
26 il pontifik olmuş 2-ci İoann Pavel 20-ci əsrin ən məşhur Papası sayılır.
2-ci İoann Pavelin populyarlığı o səviyyədə idi ki, 2005-ci ildə
onun ölümündən dərhal sonra mömin katoliklər mərhumun müqəddəs
sayılmasını tələb etmişdilər.
Vatikandakı mərasimdəki qonaqlar arasında Nigeriyanın prezidenti Robert Muqabenin yer alması isə suallar yaradıb.
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?