Günəş tutulacaq!
Bizi izləyin

Bilgi.az

Günəş tutulacaq!

Həmin günlərdə səsi həddindən artıq gərginləşdirmək, qışqırmaq, yaxud yüksək tonla danışmaq olmaz

Həmin günlərdə səsi həddindən artıq gərginləşdirmək, qışqırmaq, yaxud yüksək tonla danışmaq olmaz

Aprelin 29-da Bakı vaxtilə saat 10:14-də 2014-cü ilin ikinci astronomik hadisəsi - qovsvari Günəş tutulması baş verəcək. Tutulma daha çox Antraktida qitəsində müşahidə olunacaq. Hadisəni müəyyən bucaqlarda Avstraliyada və İndoneziyanın bir çox adalarında da görmək mümkün olacaq. Hərəkət xəritəsindən də gördüyünüz kimi tutulma Azərbaycanda görünməyəcək. Bəs konkret olaraq gözlənilən bu astronomik hadisənin xüsusi özəllikləri nədədir, mənfi fəsadları, müsbət təsirləri varmı? Bu suallara cavab olaraq tutulma vaxtının astroloji mahiyyətini nəzərinizə çatdırırıq.

İlk öncə bildirək ki, tutulma məqamında Ay Buğa bürcündə olacaq. Belə məqamlarda insanlarda materialist fikirlər, dayanıqlıq, sabitlik baş qaldırır. Hər kəs daha da tərsləşir. Bu dövrdə insanlar həssaslaşır və ətraf mühitin gözəlliyini tez qəbul edirlər. Bu zaman kəsiyində, həyata keçməsi uzun və çətin olan işlərlə məşğul olmaq məsləhətdir. Yeni görüşlər, dostluq, nigah və məhəbbət macəraları çox uğurludur. Yeni kapitala sahib olmaq, dincəlmək və yarımçıq işləri davam etdirmək məsləhətdir. Bu dövrdə səyahətə çıxmaq, alış-veriş etmək və ziyafətlər keçirmək çox səliqəlidir. Lakin cəld reaksiya və risk tələb edən işlərə başlamaq təhlükəlidir. Bu zaman kəsiyində alovla, metalla, iti alətlər və təhlükəli mexanizimlərlə bağlı işlərdə çox ehtiyatlı davranmaq lazımdır.

Bu müddətdə alt dişlərin, boğazın, səs tellərinin, qalxanvari vəzilərin həssaslığı artır. Bu günlərdə səsi həddindən artıq gərginləşdirmək, qışqırmaq, yaxud yüksək tonla danışmaq olmaz. İxtisasca səs tellərinin gücə düşməsiylə əlaqəli olan şəxslərə (müğənnilərə, müəllimlərə, diktorlara) belə günlərdə hazırlıq işləri aparmaq və ya qısamüddətli məzuniyyət götürmək tövsiyə edilir. Soyuqdəymə xəstəliklərinə meylli olanlar profilaktik ölçülər götürməyi gücləndirməlidirlər: tez-tez boğazı yaxalamalı, müalicəvi otlarla çay içməlidirlər. Qarqaralar və müalicəvi inqalyasiyalar bu günlərdə xüsusilə güclü və effektiv təsir göstərir. Əgər Ay Buğa bürcündə yerləşirsə, badamcıq vəzilərinin (qlandaların) kəsilməsi əməliyyatını başqa vaxta keçirmək yaxşı olardı. Alt dişləri müalicə etdirmək və çəkdirməkdən uzaq olmaq lazımdır. İmkan daxilində qalxanvari vəzilərə böyük ağırlıq verməyin, müalicə edən həkimin bütün məsləhətlərinə diqqətlə riayət etmək, bəxtəbəxtə ümid etməmək yaxşı olardı.

Avesta təqviminə görə, tutulma Tərən (20 aprel-19 may) düşür. Bu ay Yerin qorunmasına, ailə və var-dövlətin möhkəmləndirilməsinə, İlahinin yaratdığı və müqəddəs olan hər şeyin qayğısına qalmağa, onların qorunmasına xidmət edir.

Avesta astrologiyasında isə (Günəş təqvimi) aprelin 29-u 30-cu Günəş gününə düşür. Bu gün hər şeyin dərinliyinə varmağa çalışın: daxilinizə nəzər yetirin, onları real həyatda tətbiq etməyə çalışın. Bunlara bir göz qırpımında nail olmaq mümkün olmadığından özünüzü çox yormayın. Lakin müntəzəm olaraq çalışsanız, bütün varlıqların mahiyyətini dərk etməyə, istənilən sirri açmağa, bəşəri varlıqları yaxından dərk etməyə şansınız arta bilər. Yağışda islanmaq, suyun dağılması çox yaxşı əlamətdir. Əksinə, ayaqqabının cırılması, dabanlarının sınması, dişlərin tökülməsi, saçların qırılması çox pis əlamətdir. Bu gün görülən istənilən yuxunu axar suya danışmaq lazımdır: pis yuxular düz çıxmaz, yaxşı yuxular həyata keçər.

Avesta astrologiyasına görə, 30-cu Günəş gününün himayədarı Apam-Nabatdır (mənası: İlahi Su).

Veda astrologiyasında tutulma zamanları insanlara aşağıdakılar tövsiyə olunur:

- tutulmaya tamaşa etməyin;

- tutulma saatlarında qapalı şəraitdə olun;

- uzaq səfərə və ya səyahətə çıxmayın;

- tutulmadan 3 saat əvvəl və sonra qida qəbul etməyin;

- sükan arxasında oturmayın, yaxud çox ehtiyatlı olun;

- maliyyə əməliyyatlarından qaçın;

- kütlə ilə hər hansı əlaqə yaratmayın;

- zikr edin, ruhani aləmə qapılın, ya da heç olmasa, dincəlin;

- pis vərdişlərdən qurtulun, çünki tutulma zamanı orqanizm buna daha tez gedir (məsələn, siqareti tərgitmək istiqamətində və s.)

Beləliklə, verdiyimiz bu göstəriciləri analiz edib tutulma vaxtında hansı addımlar atacağınızı təyin edə bilərsiniz. Bizim məramımız hər kəsə doğru olanı göstərmək, zülmətdən xilas yollarını başa salmaq və Tanrıya yaxın olmalarına xidmət göstərməkdir. Gəlin, yarıyolda qalmayaq, çünki yolumuz Ağ İşığadır. Bu İşıqda isə nə Ay, nə də Günəş tutulması bizə mane ola bilməz.

Yolumuz nurlu olsun! Amin!

Səbuhi RƏHİMLİ

Oxumağa davam et
Reklam
Reklam

Gündəm