Bilgi.az
İş axtaranların NƏZƏRİNƏ: Bu cümlələrdən qaçın
Məşhur "Buzzfeed" portalı iş görüşməsi zamanı qətiyyən işlədilməyəcək cümlələrdən ibarət yazı hazırlayıb.
Sözü gedən ifadələri təqdim
edirik:
1. Üzr istəyirəm, tıxac var idi
İş görüşməsi zamanı belə cümlə işlətmək, demək olar ki, "yox"
cavabı almağa bərabərdir. Çünki sizi işə götürən şəxs ilk görüşə
gecikdiyinizə görə hər gün gecikəcəyinizi düşünəcək.
2. Elə bildim ki, sizdə bunun başqa nüsxəsi
var
Bəzi işə götürən şəxslər sizdən tərcümeyi-hal, ya da cv tələb edə
bilər. Buna görə də özünüzlə 2 ədəd cv və ya tərcümeyi-hal
aparmağınız məsləhətlidir.
3. Qələminiz var?
Görüşə getməzdən əvvəl çantanıza 2 ədəd qələm qoymağınız tövsiyə
olunur.
4. Gözləyin, telefonumu söndürüm
İş görüşməsi zamanı işlədiləcək ən uğursuz cümlələrdən biri də,
"gözləyin telefonumu söndürüm" ifadəsidir. İş adamlarının 1-2
dəqiqə ərzində qərarlar verdiyini nəzərə alsaq, sizin bu ifadəniz
onun fikrindən daşınmasına səbəb ola bilər.
5. Əslində, o qədər də əmin deyiləm
Unutmayın ki, rəhbərlər özündən əmin olmayan biri ilə işləmək
istəməz.
6. Siz işə necə qəbul olmusunuz?
İşə götürən şəxslər özəl suallara cavab verməkdən qaçarlar
7. Axırıncı işlədiyim şirkətin müdiri çox da yaxşı insan
deyildi
Bu ifadə ən uğursuz ifadə hesab olunur. Çünki həmin şəxs sizin
qeybətcil olduğunuzu və gələcəkdə onun da haqqında belə
danışacağınızı düşünür.
8. Neçə gün məzuniyyət olacaq?
Bu tip sulları işə qəbul olunduqdan sonra vermək daha
məqsədəuyğundur.
9. Evlənmişəm, işə ehtiyacım var
İşə götürən şəxslər, ümumiyyətlə, şəxsi həyatınızla bağlı deyil, iş
həyatınız haqqında danışmağınızı istəyirlər. Onlar üçün ilk sırada
işə girmək istədiyiniz şirkət və mövqeyiniz üçün nə qədər istəkli
olduğunuzu görmək gəlir. Buna görə fərdi problemlərinizi kənara
qoyun və işi nə qədər istədiyinizi izah edin.
10. "Hər şeyi soruşdum" cavabı
Görüşün sonunda "Soruşmaq istədiyiniz, maraqlandığınız bir şey var
mı?" sualına "Hər şeyi soruşdum", - deyə cavab verməniz
qarşınızdakı şəxs üçün yetərli olmaya bilər. Buna görə də iş
görüşmələrinə ən az üç əvvəlcədən hazırlanmış sualla
gedin./milli.az
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi