Ərinə xəyanət edən daşqalaq ediləcək
Bizi izləyin

Bilgi.az

Ərinə xəyanət edən daşqalaq ediləcək

Bruney Sultanlığı qanunvericiliyini Şəriətə keçirməklə bağlı 3 mərhələdən ibarət planın icrasına başlayıb.


Yeni qanuna görə, prosesin ilkin mərhələsindəki qaydalara görə, Ramazan ayında oruc tutmayan və cümə namazına qatılmayanlar böyük məbləğdə cərimələnəcəklər. Həmin hal təkrarlanarsa, həbs cəzası nəzərdə tutulur.

Prosesin ikinci mərhələsində şallaq və bədən əzalarının kəsilməsi cəzaları tətbiq olunacaq. 3-cü mərhələdə isə Şəriət qaydalarına uyğun olaraq edam cəzaları veriləcək.


Nikahdankənar cinsi əlaqə, ərə xəyanət, Qurani-Kərimin təhqiri və İslamı tərk edərək başqa dini qəbul etməkdə suçlanan Bruney vətəndaşları edam olunacaqlar.


Ərinə xəyanət edən qadınlar daşqalaq ediləcək./Milli.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm