NBA ulduzu: “Kim bibisinin ərini öldürtməyib”
Bizi izləyin

Bilgi.az

NBA ulduzu: “Kim bibisinin ərini öldürtməyib”

NBA ulduzu: “Kim bibisinin ərini öldürtməyib”

Şimali Koreya liderinin itlərə yedirdərək edam etdirdiyi bibisinin ərininin indi isə ölmədiyi iddia edilir.

Publika.az” xəbər verir ki, bu iddiaların sahibi “NBA”in keçmiş ulduzlarından olan Dennis Rodmandır. Rodman ABŞ-ın “DuJour” saytına verdiyi müsahibəsində bildirib ki, Şimali Koreya liderinin bibisinin əri ölməyib. Hətta axırıncı Şimali Koreya ziyarətində getdiyi bütün tədbirlərdə o da var idi:

“Buradan baxdığınız zaman Şimali Koreya və xalqı haqqında hər şey deyə bilərsiniz. Və hər kəs də buna inanar. Amma axırıncı dəfə Şimali Koreyaya getdiyim zaman öldürtdüyü deyilən sevgilisi və itlərə yedizdirdiyi deyilən bibisinin əri düz arxamda dayanmışdı”.

Xatırladaq ki, Şimali Koreyanın rəsmi xəbər agentliyi Tsanq Sonqun rejimə xəyanət etdiyi əsası ilə edam edildiyini bildirmişdi.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm