Facebook-un yaradıcısı haqda beş ŞOK HƏQİQƏT
Bizi izləyin

Bilgi.az

Facebook-un yaradıcısı haqda beş ŞOK HƏQİQƏT

Rəngləri seçə bilmədiyi üçün facebook-un loqosu göy rəngdədir.

Publika.az” xarici mətbuata istinadən xəbər verir ki, facebook sosial şəbəkəsinin qurucusu Mark Zukerberq 25 milyard dollarlıq bir sərvətə sahibdir. Zukerberq, həmçinin “Forbes”ə görə dünyanın ən varlıları siyahısındadır.

Hamı Markın iş və şəxsi həyatı ilə maraqlanır. Qeyd edək ki, Mark idarəçi maaşı olaraq ildə sadəcə 1 dollar alır. Ofisin binasında xüsusi otağı olmayan, işçilərlə bir yerdə işləyən müdirdir. İşçiləri Zukerberqi bir müdir olaraq yox, bir lider olaraq xarakterizə edirlər.

Zukerberq həftənin beş gününü, günün 10 saatını ofisdə işləyir. Olduqca sadə bir həyat tərzinə malik olan Zukerberq haqqında maraqlı məlumatlar mövcuddur:

Facebook-un loqosu niyə göy rəngdədir? Çünki Zukerberq daltonikdir (rəngləri seçə bilməyənlərə deyilir – red). Və göy rəng ən yaxşı seçə bildiyi rəngdir.

Beast adlı, macar çoban cinsli itinin facebook-da 2 milyon izləyicisi var. Bu rəqəm Bill Geytsin izləyicisinin 1/5-dir.

Zukerberq facebook üçün ona təklif edilən iki milyard dollardan vaz keçdiyi zaman sadəcə 22 yaşında idi.

Arvadı Priscilla Chan ilə bir universitetin partisində tanış olub. Chan illər sonra Zukerberqin pivə bakalındakı mənasız bir devizin onun marağını cəlb etdiyini və onunla tanış olduğunu bildirib.

Harvada sənədlərini verdiyi zaman fransızca, ivridcə, latınca və əski yunanca oxuyub-yaza bildiyini qeyd edib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm