Bilgi.az
Hamilə qadın ştanq qaldırdı - FOTOLAR
"Belə iş, əməl yaxşı hiss etməyimə imkan verirsə, niyə də etməməliyəm ki?! Çoxları məni anlamasa da, yanlışlığa yol vermədiyimi düşünürəm".
Doğuşa 2 gün qalmış, hamiləliyin son günlərində ağır atletika ilə məşğul olan, ştanq qaldıran Meqan Amfris Lizerman belə deyir.
Milli.Az ABC-yə istinadən bildirir ki, ABŞ-ın Arizona ştatında yaşayan 33 yaşlı Meqan doğuşa 2 gün qalmış trenajor zalına yollanmış, 97 kq ağırlığındakı ştanqı qaldırmışdı.
"CrossFit" idman zalında məşq edən Meqanın məşqçisi əri Çeddir.
Maraqlıdır ki, Çed xanımının hamiləliyin son günlərində ağırlıq qaldırmasına etiraz etməyib.
Meqan indi Florens Jermen adlı qızın anasıdır.
Onun sözlərinə görə, "CrossFit" proqramı ilə fitness və ağırlıqqaldırma ilə məşğul olub.
Bu proqrama ağır atletika təmrinləri, gimnastika və ciddi məşqlərlə sərt pəhriz daxildir.
Həftənin 4 gününü zalda məşq edən Meqan hər səhər 4 kilometr qaçır, hər bazar günü isə dağlara 6 kilometrlik ekskursiyaya çıxır.
Marketinq və kommunikasiya meneceri olan Meqanın sözlərinə görə,
hamiləliyin son günlərinədək aktiv həyat tərzi sürüb.
"Hamiləlik vaxtlarımda da idmanı unutmadım, sürəkli məşq etdim.
Florens Jermen doğulana qədər zalda idim. Məncə, övladımın sağlam
olmasında məşqlərin də böyük rolu oldu", - Meqan Amfris Lizerman
söyləyib.
Milli.Az
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK