Dünyada ilk dəfə: əl-ələ doğuldular - FOTO
Bizi izləyin

Bilgi.az

Dünyada ilk dəfə: əl-ələ doğuldular - FOTO

Dünyada ilk dəfə: əl-ələ doğuldular - FOTO

ABŞ-ın Ohayo ştatında dünyanın ən nadir olaylarından biri yaşanıb.


Sara Tisleytvetin (Sarah Thistlethwaite) əkiz qızları əl-ələ tutmuş vəziyyətdə dünyaya gəliblər. Qızlara CennaCillian adları verilib.

"Bu olay Analar Günündə mənim üçün ən böyük hədiyyə oldu. Tanrıma minnətdaram", - Sara deyib.


Milli.Az The Akron Beacon Journal-a istinadən bildirir ki, Ohayo ştatındakı Akron şəhərindəki "General Medical Center" hospitalında doğulmuş əkiz bacıların durumu yaxşıdır.


Əkizlərdən əvvəlcə Cenna doğulub, ondan 48 saniyə sonra isə Cillian dünyaya gəlib.


Həkimlərin dediklərinə görə, əl-ələ tutmuş əkizlərin doğulması amniotik cütlük doğuşları statistikasında çox nadir hadisədir.


35 yaşlı Bill və 32 yaşlı Sara Tisleytvetlərin bir oğulları da var. Bu ilin yanvarın 27-də Ceksonun 1 yaşı tamam olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm