Bilgi.az
İran "gözəgörünməz" təyyarə yaratdı? - VİDEO - FOTO
ABŞ-ın RQ-170 Sentinel uçan pilotsuz təyyarəsinin tam bənzəri İranda yaradılıb.
İrandakı "İslam İnqilabı Keşikçiləri Korpusu"nun (SEPAH)
mühəndislərinin yaratdığı bu qurğu yerli istehsal olan digər uçan
pilotsuz qurğular və raketlərlə birlikdə İranın dini lideri,
ayətulla Əli Xamneyiyə göstərilib.
SEPAH-ın Aerokosmik Agentliyinin nümayiş zalında bildirilib ki,
yeni yaradılmış uçan pilotsuz qurğu radarlar üçün "gözəgörünməz"
qalaraq uzunmüddətli uçuşları yerinə yetirməklə yanaşı, düşmən
gəmilərinə raket zərbələri endirməyə qadirdir.
Ayətulla Ə.Xamneyiyə İranda yaradılmış "Şahed 129" və "Şahed 125"
uçan pilotsuz qurğuları da göstərilib. Səmada 24 saat qala bilən bu
qurğular 2 min kilometrədək məsafəni qət edə bilər.
İranın ali dini liderinə yerli istehsal olan yeni radar sistemləri,
raketdən müdafiə sistemləri, gəmi əleyhinə raketlər və s. də
göstəririlib.
Fars bildirir ki, ABŞ-ın RQ-170-dən fərqli olaraq İranda yaradılmış
uçan pilotsuz qurğu Fars Körfəzində amerikalıların gəmilərinə qarşı
istifadə oluna bilər.
ABŞ-ın RQ-170 Sentinel "gözəgörünməz" uçan pilotsuz qurğusu 2011-ci
ilin dekabrında İran-Əfqanıstan sərhədindən təxminən 200 km aralıda
vurulmuşdu.
Ekspertlər isə bildirirlər ki, İranın RQ-170-in tam təkrarını
istehsal etməsi barədə bəyanatları gülüncdür.
İranın bunun üçün texnologiyası, avadanlığı və mütəxəssisləri
yoxdur. Üstəlik, RQ-170 sadəcə, uçan pilotsuz qurğu yox, həm də çox
mürəkkəb idarəetmə sistemidir.
1 RQ-170 Sentinel-in dəyəri təqribən 6 milyon dollardır. Bu qurğu
raket zərbələri üçün nəzərdə tutulmayıb. Habelə RQ-170 Sentinel-dən
"təyyarə-bomba" kimi istifadə etməyin mənası
yoxdur./milli.az
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!