Dünyanın ən təhlükəli 10 mafiyası
Bizi izləyin

Bilgi.az

Dünyanın ən təhlükəli 10 mafiyası

Dünyanın ən təhlükəli 10 mafiyası

Londonda nəşr olunan "Daily News" qəzeti mafyoz qrupları ölkələr üzrə bölərək onları gücünə, təhlükəlilik dərəcəsinə uyğun bu cür sıralamışdır.

10) Yamayka mafiyası

Yamayka mafiyası yardilər kimi tanınır. 1950-ci illərdə Yamaykadan Britaniyaya köçmüş yamaykalıların qurduğu qruplaşmadır. Britaniyadakı digər mafiyoz qruplarına nisbətdə ən güclü qrup yardilərdir. Narkotik və silah ticarəti ilə məşğuldurlar.

9) Alban mafiyası

Albaniyanı mərkəz olaraq istifadə etsələr də öz işlərini Avropa və ABŞ-da görürlər. 80-ci illərdən sonra güclənməyə və genişlənməyə başlayıblar. Ancaq fəaliyyət göstərdikləri bölgələrdə rəqiblərindən zəifdirlər.

8) Serb mafiyası

Almaniya, İngiltərə, Fransa və Amerikada fəaliyyət göstərirlər. Narkotik alveri, qaçaqçılıq, adam qaçırma və qumar işlərinə əl atıblar. Vozdovac, Surçin və Zemun adlı üç böyük ailələri bar. Bu ailələr bəzi vaxtlarda bir-biriylə düşmən, bəzən də dost olurlar.

7) Yəhudi mafiyası

Dünyanın bir çox bölgəsinə yayılmış mafiya. Digər mafiyalardan fərqləri ölkələrin siyasi sistemləri ilə bağlantı qurmaq bacarıqlarının olmasıdır. Xüsusilə rusiyalı yəhudilərin qruplaşmaları təhlükəli və olduqca güclüdür.

6) Meksika kartelləri

50-ci illərdə Amerika həbsxanalarında meksikalıların müdafiəsi üçün qurulmuş mafiya. ABŞ-da təxminən 30 min üzvü var. Narkotik ticarəti və qadın alveri başlıca biznes fəaliyyətləridir. Türmələrdə onlara haqq ödəməyənlər qrupun üzvləri tərəfindən öldürülür.

5) Yakuza - Yapon mafiyası

Yakuza əsası 17-ci əsrdə qoyulmuş köklü bir təşkilatdır. Üzvləri çeçələ barmaqlarını kəsib başçıya sədaqətlərini nümayiş etdirirlər. Qaçaqmalçılıq, silah və narkotik ticarəti, qadın alveri gördükləri başlıca işlərdəndir.

4) Triada - Çin mafiyası

Ən geniş ərazilərdə fəaliyyət göstərən mafiya. Asiya, Avropa və ABŞ-da əsasən oğurluq, adam qaçırma, narkotik, qadın alveri, qısaca hər cür kirli işlərdə triadalar var. Son zamanlar Çində saxta valyuta hazırlamaqla məşğul olan triada üzvlərinin sayı 50 mindən çoxdur.

3) Kolumbiya kartelləri

Cənubi Amerika və ABŞ-da fəaliyyət göstərirlər. Kolumbiya mafiyası öz qızıl dönəmini məşhur mafiyoz Pablo Eskobarun dönəmində yaşayıb. Bütün fəaliyyətləri demək olar ki, narkotiklə bağlıdır. Digər sahələrlə elə də maraqlanmırlar.

2) İtaliya mafiyası - Koza Nostra

Koza Nostra digərlərinə nisbətən yeni mafiyadır, çünki fəaliyyətə 19-cu əsrin ikinci yarısında başlayıb. Böyük cinayətlər törətməkdə və bu cinayətlərin məsuliyyətindən yaxa qurtarmaqda olduqca uğurlu sayılırlar. Xərac toplama, narkotik, silah ticarəti və sifarişli cinayət başlıca iş sahələridir. Təxminən 3500-4000 arası üzvləri var, amma bundan xeyli çox killerləri olduğu deyilir. İtalyan mafiyasına üzv olmaq istəyən cinayət törətməklə özünü sübut etməlidir.

1) Rus mafiyası

SSRİ zamanında qurulan, günümüzdə bütün dünyada fəaliyyətləri olan ən təhlükəli mafiya qrupu. 500 minə yaxın üzvü var. İsrail, Macarıstan, İspaniya, Kanada, İngiltərə, ABŞ və Rusiya daxil olmaqla bir çox ölkədə sistemli cinayətlər törədirlər. Saxta pasport işlədərək bir çox ölkəyə köçən mafiya üzvləri burada narkotik və silah ticarəti, qaçaqmalçılıq, internet fırıldaqçılığı və digər işlərlərlə məşğul olurlar. Üzvlərindən biri həbsdə "danışarsa" çıxan kimi öldürülür. Şiddətdən qaçmamaları, işgəncənin ən dəhşətli formalarından istifadə etmələri, orqan qaçaqmalçılığı, sifarişli qətllər və ən önəmlisi böyük terrorist qruplarla əlaqələri onlara dünyanın ən qorxulu mafiyası adını qazanmağa kifayət edir.

musavat.com









Oxumağa davam et
Reklam
Reklam

Gündəm