Qadın itini boğan 5 metrlik ilanı öldürdü -Fotolar
Bizi izləyin

Bilgi.az

Qadın itini boğan 5 metrlik ilanı öldürdü -Fotolar

Honkonqda maraqlı hadisə baş verib.

Yerli mətbuat bir itin sahibinin ev heyvanını necə xilas etdiyindən danışır.

5 metrlik piton itin boynuna sarılıb boğmağa başlayanda Kortni Linq cib bıçaqından istifadə edərək onu xilas etməyə çalışıb.

Dekster adlı itin sahibi bıçağı ilanın başına vurmaqla onu zəiflədib, bundan sonra it ilanın “caynağından” qurtula bilib.

Hadisə Kortni və Dekster parkda gəzişərkən baş verib. Bir anın içində itin zingiltisi gəlib və Kortni gördüklərindən heyrətə gəlib. Qadın deyir ki, əvvəlcə it müqavimət göstərməyə başlayıb, lakin sonradan təslim olub. İtin öldüyünü zənn edən Kortni hirsindən ilanın başına sərt zərbələr endirməyə başlayıb. Çəkisi 22 kiloqram olan it şokdan və yaralardan tamam əldən düşməyinə baxmayaraq, həkimlərin sayəsində sağ qala bilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm