Bilgi.az
Dünyanı yeni Nuh tufanı gözləyir
Antarktidanın qərb hissəsində böyük həcmlərdə su tutan iri buzlaqların əriməsi maksimum səviyyə çatıb.
Bu, Dünya okeanının səviyyəsini qaldırmağa
qadirdir və proses geridönməz hala gəlib. Bu barədə aparılmış iki
müstəqil tədqiqatın nəticələri “Le Monde” qəzetində dərc
olunub.
Birinci tədqiqat Amundsen dənizində yerləşən altı
ən böyük buzlağın - Pine Island, Thwaites, Haynes, Smith, Pope və
Kohler buzlaqlarının üzərində son 40 il ərzində aparılan
tədqiqatdır. Alimlər bu qərara gəliblər ki, Qrenlandiya kimi
onların da əriməsi artıq müəyyən dərəcədə dənizin səviyyəsini
qaldırmağa imkan yaradıb. Həm də buzlaqlar proqnozlaşdırılandan
daha sürətlə əriyir. Onların əriməsi ilə okean səviyyəsi 1,2 m
qalxa bilər.
İkinci tədqiqat isə Antarktidanın qərb hissəsində
yerləşən “Thwaites” buzlağında aparılıb. Alimlər müəyyən edib ki,
buzlağın dağılması artıq başlayıb və bu, okean səviyyəsini 60 sm
qaldıra bilər./anspress
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?