Yeməkdən prezervativ çıxdı - Foto
Bizi izləyin

Bilgi.az

Yeməkdən prezervativ çıxdı - Foto

Restoranlarda olan antisanitariyaya bir çox ölkələrdə rast gəlmək olar.

Nəticədə müştəriyə verilən yeməyin keyfiyyəti də aşağı düşür. Çində yaşayan May Liyanq da keyfiyyətsiz yeməyin qurbanı olub. O, nahara balıq və kalmar halqaları sifariş verib. Lakin “rezin” kalmar halqasının prezervativ olduğunu aşkar edib.

Yeməyindən prezervativ çıxan Liyanqın beyninə yalnız bir fikir gəlib: “Görəsən prezervativ işlənmiş olub?”

Restoran rəhbərliyini çağıran Liyanq bundan sonra daha da təəccüblənib. Rəhbərlik iddia edib ki, qadın özü qəsdən prezervativi yeməyə atıb ki, hesabı ödəməsin. Mübahisəni kəsmək üçün restoran rəhbəri prezervativi udub.

Qadın restoran rəhbərliyindən təzminat almaq üçün artıq məhkəmə davası açıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm