150 milyon dollarlıq atanın 5 milyon dollarlıq balası - FOTO
Bizi izləyin

Bilgi.az

150 milyon dollarlıq atanın 5 milyon dollarlıq balası - FOTO

Dünyanın ən bahalı atı sayılan və qiyməti 150 milyon dollar olan Frankelin balası, balaca dayçaya ümidlər böyükdür

Dünyanın ən bahalı atı sayılan və qiyməti 150 milyon dollar olan Frankelin balası, balaca dayçaya ümidlər böyükdür.


İngiltərənin Saffolk qraflığındakı Nyumarket şəhərində yerləşən Milli Cıdır Stadionunda bəslənən və saxlanan Frankelin balası, balaca "Tudi" adlı dayçanın qiyməti isə 5 milyon dollardır.


Ayğır Frankel dünyanın ən bahalı atı olmaqla yanaşı, ən məhsuldar "ata"dır. Belə ki, o, indiyədək 133 dayçanın atası olub.

Qatıldığı 14 cıdırın hamısında qalib gəlmiş Frankel dəyərindən dəfələrlə artıq məbləği sahiblərinə qazandırıb.


Son cıdırına 2012-ci ildə çıxarılan Frankel indi "təqaüd"dədir.


Mütəxəssislərin dediklərinə görə, balaca Tudi də atasının uğurlarını təkrarlamaq və məşhur çempion olmaq şanslarına malikdir.


Frankel indi Nyumarketin yaxınlığındakı Banstead Manor Farm-a köçürülüb və burada 133 madyanla birlikdə saxlanılır./milli.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm