34 yaşlı qız özünü 15 yaşlı kimi qələmə verdi -Fotolar
Bizi izləyin

Bilgi.az

34 yaşlı qız özünü 15 yaşlı kimi qələmə verdi -Fotolar

Çariti Stevens ABŞ-ın Texas ştatında yerləşən orta məktəbində təhsil alan adi qızdır. Lakin bu “qızcığazın” həqiqi yaşı 34-dür.

6 ay özünü 15 yaşlı yetim qız kimi aparan Çariti həbs edilib. Çaritinin əslində 34 yaşlı olmasından heç ən yaxın rəfiqəsinin xəbəri olmayıb. “Yeniyetmə” restoranların birində birgə çalışdığı Tamika Linkolna ata və anasının öldüyünü və yaşamağa evi olmadığını bildirib.

Linkoln “15 yaşlı” qızı öhdəsinə götürməklə qızı kimi baxıb və hətta valideyn iclaslarında da iştirak edib.

Ehtiyacı olan uşaqların qrup rəhbərinin zəngindən sonra Çaritinin yalanları açılıb. Qrup rəhbəri Çaritinin keçmişi ilə maraqlanıb və qızın dediklərinə şübhə ilə yanaşmağa başlayıb. Çaritinin analığı Tamika əvvəlcə işlədiyi restorana müraciət edib və qızcığazın keçmişi ilə daha da yaxından tanış olmağa başlayıb.

Arxiv sənədlərindən 15 yaşlı məktəbli qızın əslində 1979-cu ildə anadan olması məlum olub.

Qızın məktəb yoldaşları və müəllim heyəti aldıqları xəbərdən məyus olub. Analığı Çaritini dələduzluğa görə polisə verib.

Maraqlısı budur ki, özünü məktəbli kimi aparan və dərslərinə hazırlaşan qız sosial şəbəkələrdə yerləşdirdiyi şəkillərdə utancaq göründüyü üçün 15 yaşlı qıza bənzəyir. lakin həbs kamerasında geyindiyi zolaqlı geyimi onun həqiqi yaşı olan 34 olduğunu sübut edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm