ABŞ-ın hava çirkliliyi Çin malı çıxdı
Bizi izləyin

Bilgi.az

ABŞ-ın hava çirkliliyi Çin malı çıxdı

ABŞ-ın hava çirkliliyi Çin malı çıxdı

Amerikalıların həyatının ayrılmaz parçası olan Çin malları Los-Ancelsə damğa vurub.

Belə ki, şəhərin ətrafında getdikcə artan hava çirklənməsinin ölkəyə Çindən gəldiyi məlum olub.

ABŞ-lı şirkətlərin Çindəki istehsalatdan qaynaqlanan hava çirkliliyi Sakit okeandan keçərək ölkənin Qərb hissəsini öz ağuşuna alır. Elm adamları bu vəziyyəti “bumeranq effekti” kimi xarakterizə edir.

Çin, ABŞ və İngiltərədən olan mütəxəssislər 2006-cı ildən bəri yığılan məlumatlar üzərində apardıqları araşdırmalarda Çindəki çirkliliyin 20%-nin ixrac edilən malların istehsalından qaynaqlandığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm