Azərbaycan səmasında UNO
Bizi izləyin

Bilgi.az

Azərbaycan səmasında UNO

Yevlax və Ağcabədi səmasında naməlum obyekt görünüb



Milli.Az ELTV-yə istinadən bildirir ki, Azərbaycan səmasında naməlum obyekt görünüb. Bu hal ötən gecə təxminən saat 23:30 radələrində Yevlax və Ağcabədi rayonları ərazisində qeydə alınıb.



Səmada təxminən 30 saniyə qalan obyekt ilk olaraq parlaqlıqla nəzərə çarpıb. Ardınca gur işıq seli yaranıb. Bir nöqtədə dayanan obyekt qısa müddətdən sonra yoxa çıxıb. Naməlum obyektin səssizliyi və saçdığı gur işıq əhali arasında maraq və təşvişə səbəb olub. Naməlum obyektin görünməsi Yevlaxda bəzi evlərdə işıqların sönməsi ilə eyni vaxta təsadüf edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm