Dili uzanan uşaq – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dili uzanan uşaq – FOTOLAR

Oliviya Gils Bekvit-Videman sindromu ilə anadan olub.

Bu xəstəliklə dünyaya gəlmiş qızcığazın dili sürətlə böyüyüb. Keçirdiyi üç əməliyyatdan sonra 4 yaşlı Oliviya məktəbə getməyə hazırlaşır. Böyük Britaniyada yaşayan Oliviya bu xəstəliklə dünyaya gəlmiş 15,000 insandan biridir.

29 yaşlı anası 7 aylıq hamilə olarkən ultrasəs müayinəsi zamanı qızının xəstəliyindən agah olub. Körpənin dili o qədər uzun olub ki, ağ-qara ekranda belə görünüb. Körpə ana südü ilə qidalana bilmədiyi üçün boru vasitəsilə qida qəbul edib.

Nəfəsinin kəsilməsindən ehtiyat edən valideynlər onu tezliklə əməliyyat etdirmək fikrinə düşüblər. Dilini kiçiltmək üçün qız 3 əməliyyat keçirdib. 6 aylığından əməliyyat stoluna uzanan Oliviyanın uzun sürən prosesdən sonra dilinin normal inkişaf edəcəyi ehtimal olunur.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm