Başdaşında tarixdə görünməmiş yazı
Bizi izləyin

Bilgi.az

Başdaşında tarixdə görünməmiş yazı

Türkiyənin Adalızadə qəbiristanlığındakı qəbirlərdən birinin başdaşı üzərində qeyri-adi sözlər yazılıb.

Axar.az xəbər verir, məzar daşı hazırlayan mərmər ustası gördüyü işin müqabilində pulunu ala bilmədiyi üçün acığını mərhumun başdaşından çıxıb.

O, hazırladığı başdaşının üzərinə “Sayğılı rəhmətlik, altında yatdığın məzarın pulunu vermədilər. Ailə üzvlərinin nəzərinə”, - yazıb.

Ad hissəsi bağlanıldığı üçün məzarın kimə aid olduğu dəqiq məlum deyil. Mərməri hansı məzar ustasının hazırlayıb qoyduğu da hələ ki bilinmir.

Məzar daşına yazılan yazını oxuyan Yüksel Coşkun adlı biri bildirib ki, rəhmətliyin varisləri və ya uşaqları başdaşı ustasının pulunu ödəməyib: “Mərmər ustası da beləcə intiqam alıb. Təxminən on gündən çoxdur ki, bu yazı buradadır. Demək ki, rəhmətliyin uşaqları və ya yaxınları heç ziyarətə də gəlmir. Yoxsa borcu ödəyib, yazını da götüzdürərdilər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm