“Allah İbrahim Tatlısəsi və məni cəzalandırdı” - FOTOLAR
Bizi izləyin

Bilgi.az

“Allah İbrahim Tatlısəsi və məni cəzalandırdı” - FOTOLAR

“Allah İbrahim Tatlısəsi və məni cəzalandırdı”

Türkiyənin maqazin aləminin “qara qutu”su adlandırılan jurnalist Şenay Düdek həyatı və sənət aləmi ilə bağlı olduqca maraqlı açıqlamalar verib. Publika.Az həmin müsahibəni təqdim edir.

-Müğənnillər və sənət adamlarının hər şeyini bilən insan haqqında biz heç bir şey bilmirik. Sən kimsən? Bizə bir az özündən bəhs edə bilərsən?

Atam İzmirdə Əşrafpaşa dəliqanlılarından olub. Belə şeyləri demək düzgün deyil, amma demək olar ki, o bölgə atama məxsus idi. 13 mağazası, 4 evi var idi. Atam gündə 4 dəfə kostyum dəyişən kişi idi.

-Atanız nə işlə məşğul idi?

O vaxtı ilk əyləncə məkanı açan insanlardan biri olub. Ancaq heç vaxt özünü o sahənin içində görməyib. Çünki əyləncə deyəndə heç kim qəbul etmirdi. Daha sonra da mədəndə işləməyə başlayıb.

-Əşrafpaşanın igidləri çox məşhurdur.

Atam üzərində iki silahı birdən gəzdirirdi. Ancaq hər iksi də rəsmi silahlar idi.

Həmin silahlarla kimi isə vurub?

Yox, atamın elə qaranlıq işləri yox idi. Məhəllədəki dayanacaqda 20 ədəd Chevroleti var idi. Bizim bölgədəki bütün uşaqları atam sünnət etdirirdi.

Chevroletdə sünnət etdirirdi?

Uşaqları maşına mindirib apardırdı həkimə. Özü də qabaqda atla gedirdi.

-Sən də atanın, ananın əziz balası kimi böyümüsən…

Eynən elədir. 81-ci ilə qədər anam çörəyin neçəyə olduğunu bilməyib. Düşünün, atamın dəfni üçün məşhur “Efes” hotelin 2 kral otağı və 2 mərtəbəsi bağladılıb.

-Sanki bir az mafiya hissi edirəm...

Qətiyyən. Atamın heç vaxt mafiya ilə əlaqəsi olmayıb. Bizim evə hansı ərzaqdan gəlsə, bütün qonşulara da bir maşın həmin ərzaqdan gələrdi.

-Sənin də silahın var…

Atadan qalan adətdir. Bir də 15 yaşımda Almaniyadan gələn Opel markalı maşınım var idi. Hər şeyi atamdan görüb öyrənmişəm.

-Silahın istifadəsini də öyrətmişdi?

Öyrətmişdi. atam məni bir az oğlan, bir az da uşaq kimi böyüdüb. Elə vaxtlarım olub ki, saçlarımı sarı rəngə boyatmışam.

Əslində bu mövzudan heç bəhs etmək istəmirdim, amma sən özün açdın. Oğlan kimi böyüdüldün?

Söhbətin haraya gedəcəyini bilirəm. Çox insan mənim cinsiyyətimi müzakirə obyektinə çevirdi. Bu Allahla qulu arasında olan bir mövzudur. Aseksual həyat tərzim də olub, sevgilim də. Heç kimə hesabat verməyə borcum yoxdur.

-Sevgilim deyəndə kimi nəzərdə tutursan?

Əli Kılıç. İstanbulun ən mərd oğlanlarından biridir. Ailə həyatının kandarından geri qayıtdım.

-Evlənmə təklifini kim etdi?

O. Gedib Londanda evlənməyi təklif etdi.

-Bir az da magazin dünyasından danışaq. İllərdir ki, pul müqabilində müğənnilərin xəbərlərini ört-basdır etdiyini deyirlər. Bu düzdür?

Heç bir şey deyə bilmərəm. Çünki heç vaxt qul haqqını girmərəm.

Niyə bir anda əlini hər şeydən üzdün?

Dəhşətli olay baş verdi. Star TV-də proqram zamanında 3.5 metr hündürlükdən yerə yıxıldım. Hər kəs mənim öləcəyimi düşünürdü. Bilirsən, sol çiynim kimindir?

-O nə deməkdir?

Sol çiynim protezdir və amerikalı bir əsgərin çiynidir. Bədənimdə 21 ədəd platin var. 99 faiz iflic olacaqdım və mən o andaca qazadığım bütün pulu yox saydım.

-Özünlə hesablaşmağa başladın?

Bəli. Allah mənə bu cəzanı niyə verdiyini düşündüm?

-Bəlkə cəza deyil, mesajdır?

Mən cəza olduğunu düşündüm. Belə anladım ki, mən kiməsə çox böyük əzablar yaşatmısam. Allah da mənə dedi ki…

-Bəlkə də, bir az yavaşlamalıydın?

Çox böyük məbləğdə pullar qazanırdım. Bəzi pis xüsusiyyətlərim də var idi. Allah da mənə “Bax, ey qulum. Mən sənə hər şey verdim. İndi bir az dayan” dedi. Bu mənim üçün də, İbrahim Tatlısəs üçün də keçərlidir. Allah hamımızı cəzalandırdı. Tatlısəs və mən bunun bariz nümunəsiyik.

-Onun başına gələn hadisə də mesajdır?

Allah bizim bəzi pis xüsusiyyətlərimizdən yaxa qurtarmağımızı və şükür etməyimizi istədi. Bu gün İbrahim o vəziyyətdə ekrana çıxanda çox insana ibrət olur.

-Bəs insanlar sənə baxanda nə ibrət götürür?

“Əvvəlcə insan, sonra jurnalistəm” deyirəm. Gördüklərim, bildiklərimi yazmadığıma görə çox insan bu gün rahat küçədə gəzə bilir və xalqın gözününü içinə baxa-baxa yalanına davam edir.

-Sən də yaz bütün gerçəkləri…

Yazmaram. Bildiklərim mənimlə qəbrə qədər gedəcək. Ancaq o insanların çox bədbəxtdilər. Heç arzu etmərəm, amma elə adamlar var ki, onların axırı intihardır.

Çevirdi: Dəniz ƏLİYEVA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm