Bilgi.az
Bu superyaxtanı alan azərbaycanlı kimdir? – FOTOLAR
"Bu yaxta çox gözəl, zərif və eyni zamanda güclüdür. Müştərimizin məmnun qalacağına ümid edirik və düşünürük ki, o, mükəmməl məhsulumuzdan razılıqla istifadə edəcək".
"Caspian" modelli superlüks yaxtanı inşa etməyə başlamış "Claydon Reeves" şirkətinin açıqlamasında belə deyilir.
İngiltərənin Hempşir bölgəsindəki Liminqton
şəhərində yerləşən "Claydon Reeves" yaxta şirkəti "Caspian" adlı
süperlüks yaxta hazırlayır.
70 metr uzunluğu olan, 12 sərnişin üçün nəzərdə tutulan "Caspian"da 2 VİP və 5 ikiyerlik kayutlar var. Yaxtadakı sərnişinlər üçün 95 kvadratmetrlik istirahət məkanı, habelə 7 metrlik hovuz da nəzərdə tutulub.
Atriumun da yerləşdiyi yuxarı göyərtə istirahət üçündürsə, aşağı göyərtədə bar, trenajor zalı, spa-hovuz və skay-bar var.
İlk dəfə 2011-ci ildə "Monaco Yacht Show"da "Remora" adlı konsept-model kimi göstərilmiş yaxta o vaxtdan bəri yenilənib və staylinqə məruz qalaraq "Caspian" olub.
Şirkətin açıqlamasında bildirilir ki, yaxta "Xəzər
sahilindəki ölkələrdən birindən olan sifarişçinin istəyinə uyğun
olaraq "Caspian" adlandırılıb". "Claydon Reeves" banilərindən və
sahiblərindən biri Ceyms Klaydon sifarişçinin adını, onun hansı
ölkədən olduğunu açıqlamayıb.
Lakin Britaniya mediasında, habelə superlükas
yaxtalardan bəhs edən saytlarda yer alan məlumatlara görə,
"Remora"nın ən son modeli olan "Caspian"ı sifariş verən şəxs
azərbaycanlıdır.
Yaxta yanacaq bakları tam doldurulandan sonra 4500
dəniz mili qədər məsafəni limanlara yan almadan qət edə
bilir./Milli.az
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ