Dünyanın ən qədim sirri: UNO DƏHŞƏTİ – FOTO
Bizi izləyin

Bilgi.az

Dünyanın ən qədim sirri: UNO DƏHŞƏTİ – FOTO

Dünyanın ən qədim sirri: UNO – SİRR

Yad planetlərdə həyat, çox güman ki, Yer kürəsində bəşəriyyətin yaranmasından çox-çox əvvəl olmuşdur. Bundan başqa, bəzi teoriyalara görə, məhz yadplanetlilər Yer Kürəsini canlı orqanizmlə təmin etmiş, sonra isə “yeni dünyada” baş verən prosesləri və inkişafı izləməyə başlamışlar.

Eyni zamanda, müəyyən alimlər tərəfindən irəli sürülən mülahizələrə görə, yadplanetlilər bizim planeti müəyyən məqsədlərə görə izləyirlər və öyrənirlər. Bəşəriyyət tarixinin inkişafı mərhələlərində bunu təsdiq edən real faktlar var.

Qədim əsatir və miflərdə dəfələrlə göyə qalxan hansısa sirli obyektlərdən söz açılır. Alimlər tərəfindən İrlandiya, Fransa kimi ölkələrin bəzi mağaralarında (La-Plata, No, Karo Looma mağaraları kimi) divarlarda çəkilmiş diskəbənzər obyekt rəsmləri tapılıb. Buna bənzər rəsmlər İspaniyanın Santander əyalətində yerləşən Altair mağarasında da tapılıb. Yaponiyanın Kyüsyü əyalətindəki Çin San sərdabəsində maraqlı bir freska tapılıb. Freskanın üzərində əllərini göyə qaldırıb 7 uçan diski salamlayan çar rəsmi var. Ekspertlərin fikrinə görə, bu rəsm eramızdan əvvəl 2000-ci illərə məxsusdur.

UFO haqqında məlumat qədim Tibet ədəbiyyatında da var. Burada naməlum səma məxluqları, səmada işıq saçan uçan maşınlar haqqında məlumat verilir.

Ədəbi məlumatlar, eyni zamanda, qədim Misir yazılarında da öz əksini tapıb. Misir ərazisində tapılan papirusun üzərində naməlum uçan obyekt haqqında məlumat var. Bu yazılı məlumat alimlər tərəfindən eramızdan əvvəl 15-ci əsrinə, firon 5-ci Tumosun hakimiyyət illərinə təsadüf edir. Hal-hazırda bu papirus Vatikan muzeyinin Misir bölməsinin direktoru professor Tullinin kolleksiyasındadır.

Papirusda verilən məlumata görə, qədim universitetin yazıçıları səmada odlu dairə görürlər. Bir neçə gün sonra onlar bir neçə belə dairə görürlər. Vaxt ötdükcə, dairələrin sayı artır, alov isə daha aydın görünür. Onlar bu barədə firona xəbər verirlər. O da öz növbəsində ordusu ilə hadisələrin inkişafını izləməyə başlayır. Günün sonunda bütün dairələr səmanın əngliklərinə qalxır, sonra isə biri yerə düşür. Digərləri isə, cənub istiqamətində uçub yoxa çıxırlar. Bu hadisə firona o qədər təsir edir ki, o, bu barədə “Annala” adlı dövlət salnaməsində məlumat verilməsini əmr edir.

Uçan obyektlər barədə məlumata Qədim Hindistan salnamələrində də rast gəlmək mümkündür. Maxaraşi tərəfindən yazılmış qədim bir manuskriptdə (eradan əvvəl 4cü əsrə aid) eramızdan əvvəl 1-2-ci minilliyə aid qədim hind eposu barədə məlumat verilib. Burada isə səmada hərəkət edən hava arabaları haqqında məlumat var. Manuskriptdə bu arabalar vinam adlanır. Arabalar öz oxu ətrafında fırlanır, formasını dəyişir, işıqlı və qaranlıq olur. Onlar səmada çox böyük sürətlə hərəkət edir, qəfildən dayanır vəs.hərəkətlər edirlər.

Göründüyü kimi obyektlərin təsviri çox maraqlıdır. Amma o dövr üçün xarakterik sayılmır. Digər tərəfdən qədim insanların nəyi nəzərdə tutduğunu anlamaq o qədər də asan deyil. Amma çox güman ki, onlar UFO haqqında danışıblar.

Uçan obyektlər haqqında məlumat eyni zamanda Makedoniyalı İsgəndərin hərbi səfər salnamələrində də var. Məsələn, eramızdan əvvəl 332-ci ilə aid xronikada çox maraqlı bir fakt var: İsgəndərin orduları Tir şəhərini mühasirəyə alanda, səmada qəfildən uçan qalxanlar peyda oldu. Birinci qalxanın ölçüsü digərlərindən iki dəfə böyük idi. Bu obyektlər ildırım vasitəsilə qala divarlarını dağıtdılar və ordu asanlıqla şəhərə daxil oldu. Sonra qalxanlar uçub getdilər.

Qədim Yunanıstanda da UFO haqqında bir çox maraqlı məlumat var. Qədim yunan filosofları səmada bir neçə gün hərəkət etmədən eyni yerdə qalan və işıq saçan böyük ölçülü “kötük” gördüklərini qeyd ediblər. Seneka, Plutarx səmada peyda olan və qalxan və mizrağa bənzəyən naməlum obyektlər barədə məlumat veriblər. Əvvəlcə onlar ayrı-ayrılıqda uçsalar da, sonradan birləşiblər.

Eramızdan əvvəl 73-cü ildə Dardanell rayonu əraizisində Lukull və Mitridatın komandanlığı altında hərəkət edən qoşun səmada nəhəng və alovlu çəllək görürlər. Sonra bu çəllək yerə enməyə başlayır. Qoşunun əsgərləri dəhşət içərisində qaçmağa başlayırlar. Sərkərdələr isə, obyektin peyda olmasını fövqəltəbii qüvvə sayaraq döyüşü dayandırırlar.

Bundan başqa, UFOlar haqqında məlumat Aristotel, Tit, Liviya, Siseron, Plineyin əsərlərində də öz əksini tapıb.

Qədim xristian əsərlərində də uçan obyektlər haqqında məlumatlar var. Məsələn, Zəkəriyyə peyğəmbər səmada uçan obyekt, uçan çəllək və alovlu araba seyr etdiyini söyləyib.

Şimali Amerika hinduları da öz qədim mənbələrində səmada seyr etdikləri uçan obyektlər barədə məlumat verirlər. Bu yazıların birində dağın zirvəsinə iri ölçülü bir arabanın endiyi təsvir edilir. Bir müddət sonra araba uçur. Başqa bir əfsanədə isə avropalılar Amerika qitəsinə ayaq açana qədər səmada arabalar uçurdu. Onlar bəzən suyun üzərinə də qonurdular.

Fotoda: “Çarmıx” Yuqoslaviya, Kosovadakı Visoki Deçani adlı Serb pravoslav monastrı. Freska 1350-ci ilə aiddir.

Freskanın böyüdülmüş sol hissəsi: uçan mələk

Freskanın böyüdülmüş sağ hissəsi: uçan mələk

Hikmət Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm