İtkin düşən 13 yaşlı qız haradadır? – Foto
Bizi izləyin

Bilgi.az

İtkin düşən 13 yaşlı qız haradadır? – Foto

İtkin düşən 13 yaşlı qız tapıldı – Foto

ABŞ-ın Alabama ştatında yaşayan itkin düşmüş 13 yaşlı qız 1 aydan sonra evə qayıdıb.

Covana Hil axşam 11:30-da evdən çıxıb və maraqlısı budur ki, yeniyetmə evdən çıxarkən əynində yataq geyimi və ayaqyalın olub.

Qız evi 26 aprel tarixində tərk edib və düz bir aydan sonra polis yeniyetməni Meksikada taparaq ailəsinə təhvil verib.

Ailəsi qızın evdən nə səbəbə getməsi və harada qalması haqda verilən sualları cavablandırmaqdan boyun qaçırıb.

Lakin qeyd olunur ki, 13 yaşlı qız əvvəllər zorlanma maddəsi ilə ittiham olunmuş 24 yaşlı Everardo Ramirezə görə evi tərk edib. Ailəsi qızın məhkumluq həyatı keçirmiş Ramirezlə münasibətinin əleyhinə olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm