Sovet KQB-sinin seks casusları: FAKTLAR
Bizi izləyin

Bilgi.az

Sovet KQB-sinin seks casusları: FAKTLAR

Ölkəsi naminə kəşfiyyatçılar nələrə getmir? Hətta bu işə cəlb olunmuş agentlər düşmənlərlə yatağa belə girirlər. Bəli, dünyanın bir vaxtlar ən qüdrətli kəşfiyyat strukturunda kapitalist ölkələrin vəzifəli, məlumatlı, nüfuzlu qadınlarını ələ alıb,

Ölkəsi naminə kəşfiyyatçılar nələrə getmir? Hətta bu işə cəlb olunmuş agentlər düşmənlərlə yatağa belə girirlər. Bəli, dünyanın bir vaxtlar ən qüdrətli kəşfiyyat strukturunda kapitalist ölkələrin vəzifəli, məlumatlı, nüfuzlu qadınlarını ələ alıb, tovlaya biləcək, gözəl bədən quruluşlu əməkdaşlar vardı.

Merilin Monronu “dəli edən” rus kəşfiyyatçısı

Tam məxfi stenoqram: “Moskvaya məlumat verin ki, agentimiz “Merilin”lə əlaqəyə girib. Ümüdvarıq ki, bir azdan lazım olan məlumatları əldə edə biləcəyik”.

O vaxtın ən məşhur Hollivud ulduzu, həm də Amerika prezidenti Con Kennedinin məşuqəsi Merilin Monronu KQB diqqətlə izləyirdi. Belə bir qadını ələ almaq çox vacib idi. Kim bilir, prezident yataqda ona nələr danışırdı. Axı prezident də olsa, kişi idi. Kişilər isə öz məşuqələrinə çox şeyi danışır. KQB Merilini əməkdaşlığa cəlb etmək üçün Vadim Vorontsovdan istifadə edir. Vadim BMT-də sovet missiyasının tərkibində olsa da, əslində, ən təcrübəli kəşfiyyatçılardan idi. Xarici görünüşü o qədər gözəl idi ki, xeyriyyə axşamlarının birində onu görən Merilin dəli-divanə olur. Az keçmiş bütün kişilərin həsrətində olduğu Monro Vadimin yatağına düşür. Beləliklə, bir gün prezident Kennedinin yatağında olur, o biri gün isə Vadimin. Aldığı məlumatları da ona ötürür.

Məlumatlar o qədər qiymətli olur ki, 1959-cu ildə Vadimin yataq “sərgüzəşt”ləri Sovet İtiifaqı Kommunist Partiyasının ən yüksək eşalonunda – birinci katib Xruşşov, Suslov, Qromıko tərəfindən müzakirə olunur.

Qızıldiş Romeo

Tam məxfi stenoqram: “Moskvaya xəbər verin ki, “Romeo” Mərakeşin paytaxtındadır. Sabahdan əməliyyata başlayır.”

60-cı illərdə KQB Mərakeşə öz agenti, ingilis əsilli Con Saymondsu göndərir. Həmin vaxt Mərakeş britaniyalı hərbçilərlə dolu idi. KQB-ni korrupsiyaya bulaşmış hərbçilər haqda kompromat məlumatlar hava-su kimi lazım idi. KQB gözəlliyi qədim yunan allahlarına oxşayan Con Saymondsdan istifadə etməyə qərar verir. Con Britaniya, Fransa və digər səfirliklərdə çalışan xanımları tovlayıb yatağına salmalı idi. Buna görə Cona “Romeo” kod adı verildi.

Amma bir problem vardı. Tərs kimi səfirliklərə gözəl xanımları işə götürmürdülər. Onların hamısı idbara oxşayırdı. “Romeo” üçün onları tovlamaq çətin deyildi. Ən çətini belə idbarlarla sevişmək idi. Bunun üçün “Romeo” seksdən qabaq ən azı bir butulka viski içirdi. Heç olmasa, içkidən sonra qadınların çirkin olması az sezilirdi.

Deyilənə görə, “Romeo” elə qiymətli məlumatlar əldə edirdi ki, KQB şefi Yuri Andropov şəxsən bir neçə dəfə Con Saymondsun özünə təşəkkürnamə elan edib.

“Katibə” əməliyyatı

Tam məxfi stenoqram: “Moskvaya məlumat verin ki, “Katibə”əməliyyatına başladıq”.

80-ci illərin əvvəllərində KQB və Almaniya Demokratik Respublikasının kəşfiyyat strukturu olan “Ştazi” yeni əməliyyat hazırladılar. Onlarla gənc va yaraşıqlı agent Almaniya Fedarativ Respublikasına göndərildi. Kod adı “Katibə” olan əməliyyat zamanı agentlər dövlət strukturlarında, vacib postlarda ,müdafiə sistemində katibə işləyən, yaşı keçmiş, qarımış qızları tovlamağa başladılar. Ancaq bu iş heç də asan deyildi.

Təsəvvür edin, illərlə kişi üzünə həsrət olan qarımış qızların qarşısına gözəl bir oğlan çıxır. Bəzən bu xanımlar yataqda şpionlara elə “toy tuturdular” ki, bədbəxtlər evə sürünə-sürünə, yarımcan halda çatırdılar.

“Katibə” proqramı çox uğurlu alındı. Əslində, 10 il üçün nəzərdə tutulmuş əməliyyat planı vardı. Ancaq Qorbaçovun yenidənqurması və iki Almaniyanın birləşməsi ilə layihə başa çatdı.

Papa İohan Pavel üçün sevgili...

KQB-nin seks şpionlarının uğursuz əməliyyatları da olub. Məsələn, prezident Cimmi Karter dönəmində məsul vəzifə daşıyan Zbiqnev Bjezinskini tovlamaq üçün kişilər göndərilməyib – ən gözəl , seksual görünüşlü qadınlar, azyaşlı fahişələr, hətta mavilər. Ancaq onu ələ almaq mümkün olmadı. KQB hətta Papa İohan Pavelin yatağına belə qadın salmağa cəhd etmişdi. Ancaq bu plan da baş tutmamışdı.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm