Adamı meymun bilib güllələdi (FOTO)
Bizi izləyin

Bilgi.az

Adamı meymun bilib güllələdi (FOTO)

Baytar həkim zooparkın işçisini Qorilla bilib güllələyib.


ANS PRESS-in məlumatına görə, hadisə İspaniyanın Tenerife adasındakı "Loro Park" zooparkında baş verib.


Dünyanın bütün zooparklarında qrup məşqləri olur. Belə məşqlər zamanı zoopark əməkdaşları heyvanlarla rəftar vərdişlərini təkmişlləşdirir, heyvanların volyerdən qaçacağı təqdirdə davranış taktikasını hazırlayırlar.


"Loro Park"da da zooparkın 35 yaşlı əməkdaşı Qorilla kostyumu geyərək meymunun davranışını yamsılamağa başlayıb. Məşqdə iştirak edən digər əməkdaşlar "qorillanın" parkdan qaçmasının qarşısını almağa çalışırlar. Baş verənlərdən xəbərsiz olan zooparkın baytarı əməkdaşı gerçək Qorilla sayaraq atəş açıb.


Trankvilizator "qorilla"nın ayağına dəyib, o da yerə sərilib. Baytar həkim tərif əvəzinə həmkarlarının qışqırığını eşidəndə səhvə yol verdiyini anlayıb. Yaralanmış "qorilla" xəstəxanaya aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm