“Şaolin” rahiblərinin qeyri-adi məşqləri – FOTOLAR
Bizi izləyin

Bilgi.az

“Şaolin” rahiblərinin qeyri-adi məşqləri – FOTOLAR

“Şaolin” rahiblərinin qeyri-adi məşqləri - FOTOLAR

Ötən əsrin 70-ci illərinədək Qərb dünyasında Şərq döyüş növləri, əsasən də, kunq-fu haqqında heç bir məlumat yox idi. Hər şey “Şaolin” adlı serialın televiziyada nümayiş etdirilməsindən başladı. Reytinq rekordları qıran film milyonlarla tamaşaçını ekranlara kilidlədi. Monastrı ibadət yeri kimi görən şərqlilərdən fərqli olaraq, qərblilər “Şaolin”i yalnız döyüşçü-rahiblərin yaşadığı yer kimi təsəvvür edirlər.

“Şaolin” monastırının əsası bizim eranın 5-ci yüzilliyində hind rahibi Bodhirhama tərəfindən qoyulub. Burada ibadətlə yanaşı, rahiblər çox sərt fiziki məşqlər də edirlər. Onların inancına görə, məşqlər tənbəlliyi aradan qaldırır, ruhu təzələyir.

Maraqlıdır ki, Mao Tsezudunun “mədəni inqilabı” zamanı monastır bağlansa da, rahiblərə toxunulmadı. Ötən yüzilliyin 80-ci illərdə isə ibadət evi yenidən açıldı. O vaxtdan turistlərin monastırı ziyarət etmələrinə icazə verildi.

Düzdür, karate, tay boks, cüdo mütəxəssisləri kunq-funu döyüş növü kimi qəbul etmirlər. Çünki kunq-fu yalnız və yalnız insanın öz bədənini və iradəsini möhkəmləndirməsinə hesablanıb, rəqiblə döyüşməyə yox.

Lakin kunq-fu döyüşçüsünün qeyri-adi fiziki gücünü heç kim danmır. Bir neçə kərpici əllə qırmaq, yaxud qalın taxtanı baş zərbəsi ilə parçalamaq “Şaolin” döyüşçüsü üçün ən adi şeydir.

Publika. az “Şaolin” monastırında çəkilmiş şəkilləri oxucuların diqqətinə təqdim edir.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm