Ağ evdə intim həzz, ərəb rəqqasə ilə kef, qvineyalı xadiməni zorlamaq...
Bizi izləyin

Bilgi.az

Ağ evdə intim həzz, ərəb rəqqasə ilə kef, qvineyalı xadiməni zorlamaq...

Ağ evdə intim həzz, ərəb rəqqasə ilə kef, qvineyalı xadiməni zorlamaq...

Siyasət aləmi üçün qalmaqallar nadir hadisə sayılmır. Cəmiyyətin ən nümunəvi nümayəndələri kimi görünməyə çalışan siyasət adamlarının adları mətbuat xronikalarından göründüyü kimi, tez-tez seçki saxtakarlığı, maliyyə fırıldaqları, korrupsiya və s. neqativ epizodlarda səslənir. Bəzən isə ailəcanlı görünərək ənənəvi ailə institutunu qorumağa çağırış edən siyasətçilər öz ehtiraslarını boğa bilməyərək, xanımına xəyanət edə bilər. Onların gizli münasibətləri mətbuata məlum olduqdan sonra isə həm şəxsi həyatda, həm də siyasi karyerada eniş yaşanır.
Modern.az saytı dünya siyasətinin ən diqqətçəkən seks qalmaqallarını təqdim edir.

Bill Klinton, ABŞ, 1995-1997

Bill Klintonun Ağ Evdə sınaq müddəti keçən gənc xanım Monika Levinski ilə sevgi macərası az qala onun prezident kürsüsünü itirməsinə səbəb olmuşdu. Onlar 1995-ci ilin noyabrından 1997-ci ilin martına qədər müntəzəm şəkildə cinsi münasibətlərdə olublar. Bundan sonra iş yerini Pentaqona dəyişən Levinski Klintonla münasibətlərini kəsir. Lakin prezidentlə sevgi münasibətlərində olması barədə öz rəfiqəsi Linda Tripə danışan Levinski bunun tezliklə böyük qalmaqal yaradacağından xəbərsiz idi. Belə ki, Trip rəfiqəsi ilə telefon danışığını lentə yazmışdı. 1998-ci ilin yanvarında Amerika mətbuatı sensasiyalı məlumatın izinə düşür.

1998-ci il yanvarın 26-da Bill Klinton “Mən miss Levinski ilə seksual münasibətlərdə olmamışam”, – deyərək sevgi münasibətlərini inkar edir. Rəsmi səviyyədə başlanan araşdırma çərçivəsində Monika Levinski məhkəmə qarşısına çıxır. İyulun 28-də Andlılar Məhkəməsi qarşısına çıxan 25 yaşlı Levinski Bill Klintonla oral sekslə məşğul olduğunu etiraf edir. Maraqlıdır ki, Levinski ona məxsus olan və üzərində Bill Klintonun spermasının izləri olan köynəyini də sübut kimi təqdim edir.

O vaxta qədər hər şeyi inkar edən Amerika prezidenti 1998-ci il avqustun 17-də məhkəmə qarşısında “Levinski ilə qəbuledilməz fiziki ünsiyyətdə” olduğunu boynuna alır. Bundan əvvəlki inkar ifadələri ilə ziddiyyət təşkil edən açıqlama prokuror Kennet Starın araşdırma aparmasına səbəb olur. Onun Senata araşdırma ilə bağlı təqdim etdiyi hesabat Nümayəndələr Palatasının Bill Klintona qarşı impiçment proseduruna başlamasına səbəb olur. Amerika prezidenti 4 maddə üzrə - 2 dəfə məhkəməyə yalan ifadə vermə, vəzifə səlahiyyətlərindən sui-istifadəetmə və məhkəmənin araşdırmasına mane olma maddələri ilə ittiham olunurdu.
1998-ci il dekabrın 19-da Nümayəndələr Palatası 2 maddə üzrə - məhkəmənin fəaliyyətinə mane olma və məhkəməyə yalan ifadə vermə maddələri ilə prezidenti tam təqsirli elan edir.

Fevralın 12-də Senat Bill Klintona qarşı irəli sürülən bütün ittihamları rədd edir. Onun xanımı, gələcəkdə ABŞ dövlət katibi və 2008-ci il prezident seçkilərinin əsas 2 namizədindən biri Hillari Klinton həyat yoldaşını dəstəkləyir və bunun ərinə qarşı kampaniya olduğunu iddia edir. İmpiçment proseduru ləğv olunur. Beləliklə, Bill Klinton 1868-ci ildə prezident Endryü Conson və 1974-cü ildə prezident Riçard Niksondan sonra vəzifə başında barəsində impiçmentin başlandığı 3-cü dövlət başçısı kimi tarixə düşür.
Maraqlıdır ki, seks qalmaqalı müddətində Bill Klintonun reytinqi bütün 8 illik prezidentliyi dövründə maksimum həddə - 73%-ə çatdı.

Silvio Bersulkoni, İtaliya, 2011

Bill Klintondan fərqli olaraq 80 yaşı haqlamış Berluskoni seks qalmaqallarına görə baş nazir postunu itirdi və öz siyasi imicinə ağır zərbə vurdu. İtaliyada xalq arasında “şorgöz qoca” adlandırılan Berluskoni daim zəif cinsə qarşı xüsusi maraq göstərib. Hətta 2009-cu ildə həyat yoldaşı Veronika Lario ərinin xəyanətlərinə dözə bilməyərə,k ondan boşanmışdı. Deyilənə görə, onun Rusiyada dondurma satışı ilə məşğul olan Raisa Skorkina, Mərakeşdə 18 yaşlı Noemi Letisiya, İtaliyada isə sonradan deputat mandatı qazanan Barbara Matera ilə sevgi münasibətləri olub. Özü də İtaliya hökumət başçısı özündən dəfələrlə cavan xanımlarla münasibətlərdə olmağa üstünlük verirmiş. Lakin 2011-ci ilin yanvarında Milan prokurorluğunun Berluskoniyə qarşı başladığı araşdırma ciddi faktları ortaya qoydu. Belə ki, istintaq 75 yaşlı siyasətçinin Milan yaxınlığında yerləşən “Arkore” malikanəsində fahişələrin iştirakı ilə “bunqa-bunqa” adlanan seks orgiyaları təşkil etdiy iddiasını ortaya qoydu.
Onun sevgililəri arasında yetkinlik yaşına çatmamış Mərakeş əsilli rəqqasə Kərimə əl-Maruqun da adı çəkilirdi. İtaliya polisinin məlumatına görə Berluskoni vəzifə səlahiyyətlərindən istifadə edərək “Rubi” ləqəbli Kərimə əl-Maruqu dəfələrlə həbsdən azad etmişdi. Ümumən, onun “bunqa-bunqa” mərasimlərinə 4 milyon dollardan artıq vəsait xərclədiyi güman olunurdu.

Berluskoninin villasından çəkilən fotolar mətbuatda işıqlandıqdan sonra 2011-ci il noyabrın 12-də o, istefa etmək məcburiyyətində qaldı. Bu vaxt onun reytinqi 31%-i keçmirdi. O sona qədər hər şeyi inkar edir və yalnız “gözəl xanımları dinləməyi, onlarla şərab içməyi və mahnı oxumağı xoşladığını” bildirirdi. Həm də vergidən yayınmaqda ittiham olunan Silvio Berluskoni yaşlı olması ilə əlaqədar cinayət məsuliyyətindən azad olunub. O məhkəmə qərarı ilə məhdud fiziki imkanları olan qocalar evində ictimai əsaslarda xidmət etməyə məhkum edilib. Bundan başqa, yaxın 2 il ərzində Berluskoni heç bir dövlət vəzifəsi tuta bilməz.

İtaliya mətbuatının məlumatına görə, 78 yaşlı sabiq baş nazir bu ilin yayında öz 28 yaşlı rəfiqəsi Fransçeska Paskalya ilə ailə həyatı qurmağa hazırlaşır.

Dominik Stross-Kan, Fransa, 2011

2007-2011-ci illərdə Beynəlxalq Valyuta Fondunun prezidenti, 2012-ci il Fransa prezident seçkilərində qələbəyə ən real namizəd Dominik Stross-Kanın üzləşdiyi seks qalmaqalı onun siyasi və biznes karyerasının üzərindən xətt çəkdi. 2011-ci il mayın 14-də Nyu-Yorkda Valyuta Fondunun növbəti iclasında iştirak etdikdən sonra Fransaya geri dönərkən Stross-Kann elə təyyarənin göyərtəsində həbs olundu.

O, iclasda iştirak etdiyi müddətdə qaldığı “Sofitel” mehmanxanasında 32 yaşlı xadimə, qvineyalı qaçqın Naffisatou Diallonu zorlamağa cəhddə ittiham olunurdu. 62 yaşlı Stross-Kann bütün ittihamları rədd edirdi. 1 milyon dollar qarşılığında o, həbsdən ev dustaqlığına buraxıldı və barəsində araşdırma getdiyi müddətdə evi tərk edə bilmədi.

Çalışdığı təşkilatın nüfuzuna zərər verməmək üçün fransalı məmur mayın 19-da könüllü şəkildə Beynəlxalq Valyuta Fondunun sədrliyindən istefa verdi. İyunun 2-də isə Stross-Kan ev dustaqlığından azad edilərək azadlığa buraxıldı. Araşdırma aparan Amerika prokurorluğu müəyyən edib ki, qvineyalı qız Naffisatou Diallo bundan öncə müxtəlif hadisələr zamanı dəfələrlə yalan ifadə verib. O Amerikada siyasi sığınacaq almaq üçün aidiyyətli orqanlara yalan məlumatlar verib, bundan başqa, aztəminatlı vətəndaş kimi sosial orqanlardan daha çox güzəşt əldə etmək üçün əmlak vəziyyəti barədə bəzi detalları gizlədib.

Polis Diallonun həbsdə olan tanışı ilə Stross-Kanın maliyyə durumunu müzakirə etdikləri telefon yazısını da ictimaiyyətə təqdim etdi. Sonda Nyu-York prokurorluğu Strosss-Kanın zorlama cəhdi ilə bağlı hər hansı əsaslı sübutun yoxluğu səbəbindən cinayət işini dayandırdı. Onun qalmaqaldan sonra ilk müsahibəsi Fransa televiziyasında özünəməxsus rekord vurdu və 13 milyon tamaşaçını ekranlara bağladı.

Beynəlxalq Valyuta Fondundakı kürsüsünü və Fransa prezidenti seçilmək şansını itirən fransız məmur həyat yoldaşından da ayrıldı. Bürün proses boyu ərinə mənəvi dəstək olan jurnalist Ann Sinkler 20 illik evlilik həyatına son qoydu. Hadisəni geniş işıqlandıran Fransa mətbuatının məlumatına görə Stross-Kan Naffisat Diallo ilə məhkəmədənkənar qaydada razılığa gəliblər. Bunun üçün Fransalı məmur 6 milyon dollar kompensasiya ödəməli olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm