Qadına seksual hisslər duyan delfinin intiharı – Foto
Bizi izləyin

Bilgi.az

Qadına seksual hisslər duyan delfinin intiharı – Foto

Qadına seksual hisslər duyan delfinin intiharı - Foto

Ötən əsrin ən maraqlı hadisələrindən biri də 1965-ci ildə ABŞ-ın Virciniya adasında baş verib. Nevropatologiya üzrə həkim Con C. Lili 6 yaşlı delfinə ingilis dilini öyrətmək fikrinə düşür. Bu təlimdə Cona 23 yaşlı köməkçisi Marqaret Hov kömək etməli idi. Belə ki, o, Piter adı verilmiş delfinlə birgə yemək yeməli, çimməli, yatmalı və hətta oynamalı idi.

Lakin heç kim təsəvvürünə belə gətirə bilməzdi ki, Piter ingilis dilini öyrənmək əvəzinə, öz müəlliməsinə seksual və romantik məhəbbətlə vurula bilər.

Həkim Lili 1961-ci ildə nəşr etdiyi kitabında delfinlərin ağıllı varlıq olduğunu sübuta yetirib. Kitabda qeyd olunub ki, delfin beyni insan beynindən 40% böyükdür, bu varlıqlar ağrı və qəzəb hissi yaşamaqla yanaşı, insan dilini də başa düşür. NASA-ın maliyyələşdirdiyi layihədə Marqaret Piterlə həkimin villasında yaşamalı idi. Dəniz suyuyla doldurulmuş hovuzda Piter suyun altında, Marqaret isə matrasla suyun üzərində qalırdı. Heç kim onların gündəlik həyatına müdaxilə etmirdi. Marqaret yalnız bazar günləri istirahətə çıxırdı.

Piterin ingilis dili dərsləri səhər saat 8-də başlayırdı. Marqaretin məqsədi onu insan səsi çıxartmağı öyrətmək idi. Audioyazılarda Piterin “Salam, Marqaret” deməsi lentə yazılıb. Piter ingilis dilində bir neçə söz öyrənməyə müvəffəq oldu. Marqaret gündəliyində Piterin ona seksual hiss duyduğunu da qeyd edib. Belə ki, Piter qadının ayaqlarına və seksual nahiyələrinə toxunurmuş.

Piterin ingilis dilini öyrənmək “istəyi” seksual mahiyyət kəsb etməyə başlayanda təcrübə dayandırıldı. Bundan sonra Piterin halı getdikcə pisləşməyə başladı və o, nəfəsini saxlamaqla intihar etdi.

Belə çıxır ki, delfinlər insan dili öyrənə bilməsə də, sevmək bacarığına malikdir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm